“AI in Medicine Innovation” təlim proqramı çərçivəsində ilk praktik məşğələ keçirilib
22.10.2026 14:46

Azərbaycan Tibb Universitetinin (ATU) Data Analitika və Süni İntellekt Iaboratoriyasının və Elmi tədqiqatların idarə olunması departamentinin Startap və kommersiyalaşdırma şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən “AI in Medicine Innovation” təlim proqramı çərçivəsində növbəti görüş baş tutub.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, təlim proqramının ilk praktik məşğələsi “Klinik problemin müəyyənləşdirilməsi” mövzusuna həsr olunub. Məşğələdə iştirakçılar əldə etdikləri nəzəri bilikləri real klinik problemlər üzərində tətbiqi, müxtəlif yanaşmaların müzakirəsi və süni intellekt əsaslı innovativ həll istiqamətlərini müəyyənləşdirmək imkanı əldə ediblər.

 

Qeyd edək ki, “AI in Medicine Innovation” təlim proqramı süni intellektin tibbdə tətbiqi üzrə nəzəri və praktik biliklərin formalaşdırılması, tələbələrin innovativ düşüncə və layihə hazırlama bacarıqlarının inkişafı, eləcə də səhiyyə sahəsində müasir texnologiyaların tətbiqinin təşviqinə yönəlib.

 

Proqram Birləşmiş Millətlər Təşkilatının müxtəlif Dayanıqlı İnkişaf Məqsədləri ilə də uzlaşır. Belə ki, tibbi problemlərin həllində süni intellektdən istifadənin təşviqi DİM 3 – Sağlamlıq və rifah məqsədinə, tələbələrin bilik və bacarıqlarının inkişafı DİM 4 – Keyfiyyətli təhsil məqsədinə, innovativ texnoloji həllərin hazırlanmasının dəstəklənməsi isə DİM 9 – Sənaye, innovasiya və infrastruktur məqsədinə töhfə verir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır