ATU-da fizioterapiya və tibbi reabilitasiya sahəsində əməkdaşlığın inkişafı müzaklirə olunub
23.10.2026 12:42

Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan İdman Akademiyasının İdman Tibbi Tədqiqatları Laboratoriyası ilə fizioterapiya və tibbi reabilitasiya sahəsində kadr hazırlığının təkmilləşdirilməsi, elmi-praktik əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə rezidentlər, eləcə də fizioterapiya ixtisasında təhsil alan bakalavr və magistrantların iştirak etdiyi tədbirdə laboratoriyanın direktor Rauf Əliyev idman klublarında və milli yığma komandalarda fizioterapiya və tibbi reabilitasiya üzrə ixtisaslı mütəxəssislərə olan ehtiyacı vurğulayıb. O, iştirakçılara ixtisaslarının gələcək karyera perspektivləri, idman təbabətində fizioterapiya və reabilitasiyanın rolu, həmçinin nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsinin əhəmiyyəti barədə məlumat verib.

 

Görüş zamanı rezident və tələbələrin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Görüşün nəticəsi olaraq, rezidentlərin rotasiyalarının, bakalavr tələbələrinin istehsalat təcrübəsinin və magistrantların elmi-tədqiqat təcrübəsinin İdman Tibbi Tədqiqatları Laboratoriyasında təşkili barədə razılıq əldə olunub. Bu əməkdaşlığın təhsilalanların praktiki bilik və bacarıqlarının inkişafına, elmi tədqiqatların təşviqinə və gələcək mütəxəssislərin peşəkar fəaliyyətə hazırlanmasına töhfə verməsi nəzərdə tutulur.

 

Təşəbbüs çərçivəsində sağlamlığın qorunması, xəstəlik və zədələrdən sonra bərpa prosesinin dəstəklənməsi və reabilitasiya xidmətlərinin inkişafı (DİM 3 – Sağlamlıq və rifah), tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsi və keyfiyyətli peşəkar hazırlığın təmin edilməsi (DİM 4 – Keyfiyyətli təhsil), eləcə də fizioterapiya və tibbi reabilitasiya sahəsində ixtisaslı kadrlara olan tələbatın qarşılanması və məşğulluq imkanlarının genişləndirilməsi (DİM 8 – Layiqli əmək və iqtisadi artım*) baxımından əhəmiyyət daşıyan istiqamətlər diqqət mərkəzində olub.

 

Bu əməkdaşlıq təhsil, elmi tədqiqat və praktiki fəaliyyət arasında əlaqələrin gücləndirilməsinə, fizioterapiya və tibbi reabilitasiya sahəsində peşəkar kadr potensialının inkişafına xidmət edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır