Azərbaycanın sağlamlıq turizmi Özbəkistanda təbliğ edilib  
20.10.2026 09:11

Daşkənddə səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində bu ölkənin turizm şirkətlərinin 60-dan çox nümayəndəsi ilə görüş keçirib.

 

AHİK-dən Aztibb.az-a verilən məlumata görə, tədbirdə ölkəmizin zəngin təbii resurslarının, əlverişli iqliminin və füsunkar təbiətinin turistlər üçün cəlbedici olduğu vurğulanıb, sağlamlıq turizmi potensialı barədə ətraflı məlumat verilib.

 

Turizm şirkətlərinin nümayəndələrinə AHİK-in “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin və “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti, konfederasiyanın sağlamlıq və istirahət mərkəzlərinin infrastrukturu, müalicə və istirahət imkanları, eləcə də göstərilən xidmətlər barədə təqdimat keçirilib.

 

Özbəkistan Respublikasının Turizm Komitəsinin nümayəndəsi Şaxloxan Soliyeva isə ölkəsinin turizm siyasətindən, turistlərin maraq göstərdiyi tarixi-mədəni abidələrindən bəhs edib, Azərbaycanla turizm əlaqələrinin inkişafı və birgə təşəbbüslərin həyata keçirilməsi üçün mövcud imkanları diqqətə çatdırıb.

 

Görüş çərçivəsində sağlamlıq turizmi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub