Müalicə də var, istirahət də - Bilgəh Kardioloji Sanatoriyası  
26.07.2026 12:28

Sağlamlığımda yaranmış problemlərlə bağlı davamlı olaraq Bilgəh Kardioloji Sanatoriyasına müalicəyə gedirəm və sağlamlığımın bərpasında yaxşılığa doğru xeyli dəyişikliklər hiss edirəm. Burada çalışan həkimlər, tibb bacıları bizi diqqətlə dinləyir və qayğımıza qalırlar, lazımi məsləhətlər verirlər. 

 

Müalicələr zamanı hiss etdim ki, xəstəliyə yalnız dərmanlar deyil, həm də burada çalışan həkimlərin, tibb bacılarının diqqət və qayğısı da müsbət təsir göstərir. Gördüyümüz xoş münasibət sağlamlığımızın bərpasını xeyli sürətləndirir. 

 

Bu günlər yenə sanatoriyaya müalicəyə getmişdim. Elə ilk gündən burada aparılmış təmir-bərpa və abadlıq işləri, müalicə otaqlarında yaradılmış şərait, quraşdırılmış müasir avadanlıqlar diqqətimizi cəlb etdi. Artıq tətbiq edilən yeni sistem nəticəsində prosedur növbələri də nizamlanır ki, bu da ilk növbədə vaxt itkisinin qarşısını alır.

 

Tibb ocağında müalicə olunanların asudə vaxtının təşkili də rəhbərliyin diqqət mərkəzindədir. Mütəmadi olaraq sanatoriyada konsertlər təşkil olunur. Açıq havada quraşdırılmış idman qurğuları, tennis və futbol meydançaları isə günün bütün vaxtlarında xəstələrin ixtiyarındadır. 

 

Bir sözlə, sanatoriyada müalicə almaq, istirahət etmək daha rahatdır. Bütün bunlara görə Bilgəh Kardioloji Sanatoriyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. 

 

"Azərbaycan" qəzeti

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub