Naftalanda Sağlamlıq Turizmi üzrə İşçi Qrupunun növbəti yığıncağı keçirilib  
10.06.2026 09:33

Naftalanda Dövlət Turizm Agentliyinin təşkilatçılığı, şəhər icra hakimiyyətinin dəstəyi ilə Sağlamlıq Turizmi üzrə İşçi Qrupunun növbəti yığıncağı keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbirdən əvvəl Naftalan şəhərində fəaliyyət göstərən sağlamlıq turizmi müəssisələrinə baxış olub. İştirakçılara Naftalan Turizm İnformasiya Mərkəzində şəhərdə turistlərin məlumatlandırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat verilib.

 

Sonra Naftalandakı neft quyularına infotur təşkil edilib, iştirakçılar unikal müalicəvi xüsusiyyətlərə malik Naftalan neftinin hasilatı prosesi ilə yerində tanış olublar. Naftalan şəhərində fəaliyyət göstərən sağlamlıq turizmi müəssisələrinə baxış təşkil edilib. İştirakçılara müəssisələrin fəaliyyəti, müalicə və reabilitasiya xidmətləri, eləcə də yerləşdirmə infrastrukturu barədə ətraflı məlumat verilib.

 

Tədbir çərçivəsində  keçirilən geniştərkibli yığıncaqda sağlamlıq turizminin inkişafı istiqamətində aktual məsələlər müzakirə edilib. Müzakirə zamanı  Naftalanda sağlamlıq turizminin mövcud vəziyyəti və inkişaf perspektivləri, sanatoriya-kurort müəssisələrinin fəaliyyəti, xidmət keyfiyyətinin artırılması və kadr hazırlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, eləcə də şəhərdə fəaliyyət göstərən hotel, sanatoriya və müalicə-sağlamlıq müəssisələrinin rəhbərləri dinlənilərək onların sağlamlıq turizminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi, kadr hazırlığı və gələcək əməkdaşlıq imkanları ilə bağlı təklifləri dinlənilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub