Bilgəh Kardioloji Sanatoriyasında şərait yaxşılaşdırılır  
02.07.2025 10:14

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və istirahət mərkəzlərində müasir və rahat şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir.

 

AHİK-dən Aztibb.az-a verilən xəbərə görə, Bilgəh Kardioloji Sanatoriyasında da abadlıq işləri aparılaraq şərait yaxşılaşdırılıb. Bununla əlaqədar Konfederasiyanın, Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəhbər vəzifəli şəxsləri və Milli Məclisin deputatları sanatoriyada görülmüş işlərlə tanış olublar.

 

Məlumat verilib ki, sanatoriyanın yeməkxanası, kottecləri, korpus otaqları, eləcə də fəvvarələr təmir edilib, ərazi yaşıllaşdırılıb. Həmçinin sanatoriyada Wi-Fi internet, IP telefoniya və müasir işıqlandırma sistemləri qurulub, təhlükəsizlik kameraları quraşdırılıb. Bununla yanaşı, çimərlik sahəsində də abadlıq işləri aparılıb. 

 

Sanatoriyada tibbi müalicə və qidalanma prosesi müasir sanatoriya konsepsiyasına uyğun şəkildə təşkil olunur.

 

Tədbir iştirakçıları sanatoriyanın ərazisini gəzib, yaradılmış müalicə və istirahət şəraiti ilə tanış olublar.

 

Qeyd edək ki, 17,5 hektar ərazidə yerləşən Bilgəh Kardioloji Sanatoriyası 316 çarpayılıqdır. Profili ürək və qan-damar sistemi xəstəlikləri olan sanatoriya ilboyu fəaliyyət göstərir. 2025-ci il yanvarın 1-dən iyunun 30-dək 2500 həmkarlar ittifaqı üzvü sanatoriyanın xidmətlərindən yararlanıb. Bu da 2024-cü ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çoxdur.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Oromandibulyar distoniya nədir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə