Günəbaxan tumları - Sağlamlığa faydaları və əks təsirləri
26.07.2020 23:25

Günəbaxan tumu esensial yağ turşuları, vitamin və mineral mənbəyidir. Onun tərkibində olan E vitamini və fol turşusu ürək-damar xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. O, hüceyrələrə dəyən  zərəri aradan qaldırmaq və beyinin sağlamlığını qorumaq qabiliyyətinə malikdir.

 
Aztibb.az günəbaxan tumlarının faydalı və zərərli xüsusiyyətlərini təqdim edir:

 

Ürək-damar sistemini möhkəmlədirir

Günəbaxan tumları ürəyə faydalı təsir göstərən bir sıra elementləri özündə saxlayır. Onun tərkibində olan A və E vitaminləri, fol turşusu ürək-damar sistemi ilə bağlı bir çox xəstəliklərin qarşısını alır. Həmçinin, vitaminlər dərinin vəziyyətini yaxşılaşdırmağa kömək edir və beyin hüceyrələrinin yaşlanmasının qarşısını alır. Fol turşusu arteriyaların güclü, elastik qalmasına kömək edir.

 

Xolesterin səviyyəsini azaldır

Elmi araşdırmalar günəbaxan tumlarının gündəlik istifadəsinin pis xolesterolu 10% azaltmağa kömək etdiyini, eyni zamanda yaxşı xolesterolu normada saxladığını göstərib. Bunun səbəbi, bu toxumların özündə faydalı doymamış yağ turşuları, Omega-3 və linol turşusu ehtiva etməsidir.

 

Qan təzyiqini normallaşdırır

Linol turşusu pis xolesterinin səviyyəsini azaltmağa kömək etməklə yanaşı, arterial təzyiqi də normallaşdıra bilir.

 

Depressiyanın qarşısını alır

Günəbaxan tumlarında zəngin olan maqnezium qan damarlarının rahatlaşmasına və qanın qatılaşmasının qarşısının alınmasına kömək edir.
Maqnezium çatışmazlığının ilk əlamətləri qıcıqlanma, daimi baş ağrısı və xroniki yorğunluq hesab olunur. Bundan əlavə, maqnezium çatışmazlığı sinir, immun və ürək-damar sisteminin fəaliyyətinə təsir göstərə bilər. Toxumların davamlı istifadəsi əhval-ruhiyyəni və beyinin işini yaxşılaşdırır. Harvard Universitetində aparılan araşdırmalara görə, günəbaxan toxumlarının pəhrizə daxil edən insanlar depressiyadan daha az əziyyət çəkirlər.

 

İltihabı azaldır

Günəbaxan tumunda olan antioksidantlar daxili orqanlarda iltihabı azaltmağa kömək edir və tiroid hormonlarının metabolizmasında mühüm rol oynayır. Bu faydalı xüsusiyyətləri sayəsində günəbaxan toxumu bir çox xroniki xəstəliklərin inkişafı riskini azaltmağa kömək edir.

 

Əks təsirləri

Çoxsaylı faydalı xüsusiyyətlərə malik olsa da, tumlar yüksək kalorilidi. Artıq çəki problemindən yayınmaq üçün, gündəlik normaya riayət etmək lazımdır. Günlük norma 20-30 qram hesab olunur.

Günəbaxan tumunun daha bir yan təsiri allergiya ilə bağlıdır. Toxumlara qarşı allergiya tez-tez baş verməsə də, allergiyaya meyilli insanlar qəbuldan öncə həkimlə məsləhətləşməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır