Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
27.09.2026 14:02

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ və “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Culfa Rayon "Əbrəqunus Kənd Tibb Məntəqəsi"ndə əhalinin tibbi müayinədən keçirilməsi məqsədilə aksiya təşkil olunub.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, aksiya çərçivəsində vətəndaşlara laboratoriya müayinələri, ultrasəs müayinəsi, ginekoloq və neonatoloq tərəfindən ixtisaslaşmış tibbi xidmətlər göstərilib. Ümumilikdə 18 laboratoriya, 24 USM müayinəsi aparılıb, 10 ginekoloji və 9 neonatoloji müayinə həyata keçirilib.

 

Tibbi aksiyanın keçirilməsində əsas məqsəd kənd və rayonlarda yaşayan əhalinin ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş