Sumqayıtda növbəti qanvermə aksiyası: STM-in əməkdaşları könüllü qan veriblər
20.11.2026 11:58
Sumqayıt Tibb Mərkəzinin (STM) təşkilatçılığı və Respublika Qan Bankının dəstəyi ilə növbəti qanvermə aksiyası keçirilib.
 
Bu barədə Aztibb.az-a STM-dən məlumat verilib.
 
Bildirilib ki, STM-nin Təcili Tibbi Yardım Xəstəxanasında təşkil olunan humanitar aksiyada mərkəzin direktor vəzifəsini icra edən Ramin Qasımov iştirak edib. O, aksiya çərçivəsində yaradılan şəraitlə tanış olub, qanvermə prosesini izləyib və könüllü donorların iştirakını yüksək qiymətləndirib.
 
Aksiyada Sumqayıt Tibb Mərkəzinin əməkdaşları könüllü olaraq qan veriblər.
 
Qanvermə prosesi Respublika Qan Bankının xüsusi tibb briqadası tərəfindən həyata keçirilib. Əvvəlcə donorların sağlamlıq vəziyyəti yoxlanılıb, laborator analizlər götürülüb və tibbi müayinədən sonra qanverməyə uyğun şəxslərdən qan tədarük olunub.
 
Bildirilib ki, aksiyanın əsas məqsədi talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən, eləcə də qan və qan komponentlərinə ehtiyacı olan insanların müalicəsinə dəstək göstərməkdir.
Tədarük olunan qan və ondan hazırlanan preparatlar müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicəsində istifadə ediləcək.
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub