Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb  
22.09.2026 11:30

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun aparıcı elmi işçisi, dosent Sevil Cəfərovanın elmi məqaləsi “Pakistan Kimya Cəmiyyətinin Jurnalı”nın 48-ci cildinin 4-cü nömrəsində dərc olunub.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, “Metanın karbon qazı ilə riforminqində Ni/zeolit kompozitlərinin struktur-funksional əlaqələri” adlı məqalədə kimya sənayesi və enerji texnologiyaları üçün əhəmiyyətli olan sintez qazının metanın karbon qazı ilə riforminqi yolu ilə alınmasında istifadə edilən katalizatorlar araşdırılıb.

 

Tədqiqat zamanı müxtəlif zeolitlər əsasında hazırlanan nikeltərkibli katalizatorların xüsusiyyətləri və onların metanın karbon qazı ilə çevrilməsi prosesində effektivliyi müqayisə edilib. Araşdırmanın nəticələri göstərib ki, istifadə olunan zeolitin quruluşu və səth xüsusiyyətləri katalizatorun fəaliyyətinə birbaşa təsir edir. Təbii zeolit olan klinoptilolitin xüsusi üsulla işlənməsi isə onun xüsusiyyətlərini yaxşılaşdıraraq katalitik göstəricilərin yüksəlməsinə imkan verib. Tədqiqat müxtəlif zeolitlərdən istifadə etməklə daha səmərəli katalizatorların hazırlanması baxımından əhəmiyyətlidir.

 

Qeyd edək ki, məqalənin dərc olunduğu jurnal beynəlxalq elmi bazalarda, o cümlədən “Chemical Abstracts”, “Web of Science”, “Scopus” və “Google Scholar”da indekslənir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub