Koronar arteriyaların çoxdamarlı stenozu diaqnozu qoyulan pasiyent üzərində uğurlu aorta-koronar şuntlama əməliyyatı
21.09.2026 13:30

ATU-nun Tədris Cərrahiyyə Klinikasında koronar arteriyaların çoxdamarlı stenozu diaqnozu qoyulan pasiyent üzərində uğurlu aorta-koronar şuntlama əməliyyatı (CABG) həyata keçirilib.

 

Bu barədə Aztibb.az-a məlumat verən Klinikanın kardio cərrahiyyə şöbəsinin müdiri Mirəli Məcidov bildirib ki, pasiyent bir müddət əvvəl fiziki gərginlik zamanı döş qəfəsində ağrı, təngnəfəslik və tez yorulma şikayətləri ilə klinikaya müraciət edib. Aparılan müayinələr, o cümlədən koronar angioqrafiya nəticəsində koronar arteriyalarda çoxdamarlı stenoz müəyyən edilib.

 

Pasiyentin vəziyyəti və koronar damarların anatomik xüsusiyyətləri qiymətləndirildikdən sonra cərrahi müalicəyə qərar verilib. Xəstəyə aorta-koronar şuntlama əməliyyatı (CABG) icra olunub. Əməliyyat zamanı ürək əzələsinin qan təchizatının bərpası məqsədilə daralmış koronar damarların distal hissələrinə şuntlar qoyulub.

 

Mirəli Məcidovun sözlərinə görə, əməliyyat texniki baxımdan uğurla tamamlanıb. Pasiyent əməliyyatdan sonra intensiv terapiya şöbəsində nəzarətdə saxlanılıb, vəziyyəti stabilləşdikdən sonra müvafiq müalicənin davam etdirilməsi üçün palataya köçürülüb.

 

Hazırda pasiyentin ümumi vəziyyəti qənaətbəxşdir və müalicəsi həkim nəzarəti altında davam etdirilir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub