Samux RMX-da növbəti qanvermə aksiyası: 120-dən artıq könüllü şəxs iştirak edib  
17.09.2026 15:47
Samux Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Samux Rayon İcra Hakimiyyətinin, Samux RMX-nın və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə keçirilən xeyriyyə aksiyasında tədarük olunan qan ehtiyatından hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunması nəzərdə tutulub.
 
Aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Samux Rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
 
Donorların sağlamlıq vəziyyəti Mərkəzi Qan Bankının xüsusi tibbi briqadası tərəfindən yoxlanıldıqdan sonra qan götürülüb. Aksiyada 120-dən artıq könüllü şəxs iştirak edib.
ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
Diabetlilər üçün qida seçimləri
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir  
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” 
İnfarkt riskini 10 il əvvəldən proqnozlaşdıran model hazırlanıb - 80%-dən yüksək dəqiqliklə