Antibiotiklər təsir etmir? İnfeksionist davamlı vərəmin müalicəsinin incəliklərini açıqlayıb
11.09.2026 09:34

Antibiotiklərə davamlı vərəm zamanı müalicə hər bir xəstə üçün fərdi şəkildə müəyyən edilir. Bunu infeksionist həkim, tibb elmləri namizədi, RUDN Universitetinin dosenti Sergey Voznesenski bildirib.

Aztibb.az "Life" portalına istinadən yazır ki, onun sözlərinə görə, bəzi mikobakteriyalar yalnız müəyyən dərmanlara qarşı həssaslığını itirə bilər, digərləri isə daha geniş dərman rezistentliyinə malik olur.

Adi müalicənin kifayət qədər effektiv olmadığı hallarda həkimlər ikinci sıra preparatlardan və ehtiyat dərman vasitələrindən istifadə edirlər.

Vərəm əsasən hava-damcı yolu ilə yayılır. Lakin xəstə şəxslə təmasda olmaq hələ insanın mütləq yoluxması demək deyil.

“Bunun üçün immunitetin zəifləməsi və digər yanaşı xəstəliklərin mövcudluğu kimi meyilləndirici amillər tələb olunur”, – deyə ekspert bildirib.

Xəstəliyin vaxtında aşkarlanması üçün o, hər il flüoroqrafik müayinədən keçməyi tövsiyə edib. Bu müayinə vərəmin əlamətlərini xəstəliyin nəzərəçarpan simptomları ortaya çıxmamışdan əvvəl aşkar etməyə və şəxsi əlavə diaqnostik müayinələrə yönləndirməyə imkan verir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Qazaxda ana və körpənin həyatı xilas edilib