ATU-da sənəd qəbulu davam edir
09.09.2026 10:17

Minlərlə gənc üçün tələbəlik həyatının ilk mərhələlərindən biri olan sənəd qəbulu prosesi Azərbaycan Tibb Universitetində (ATU) davam edir. 

 

Universitetdən Aztibb.az-a bildirilib ki, yeni tələbələri qarşılayan universitet kollektivi onların ATU ailəsinə ilk addımlarının rahat və uğurlu olması üçün bütün zəruri şəraiti yaratmağa çalışır. Qəbul prosesi universitetin müvafiq korpuslarında təşkil olunub. Sənədlərini təqdim etmək üçün müraciət edən abituriyentlərə və onların valideynlərinə qəbul prosesinin bütün mərhələlərində lazımi dəstək göstərilir, sənədlərin düzgün təqdim olunması və rəsmiləşdirilməsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılır.

 

Ötən müddət ərzində universitetə müraciət edən yeni tələbə və valideynlərin rahatlığının təmin olunması, sənəd qəbulunun operativ və düzgün təşkili diqqətdə saxlanılıb. Universitet əməkdaşları müraciət edən şəxslərə sənədlərin qəbulu ilə bağlı zəruri məlumatları təqdim edərək prosesin mümkün qədər rahat və çevik şəkildə həyata keçirilməsinə kömək göstəriblər. 

 

ATU-ya qəbul olunan tələbələrin nəzərinə bir daha çatdırılır ki, sənədlərin qəbulu 8 sentyabr saat 18:00-da başa çatacaq. Bu səbəbdən sənədlərini hələ təqdim etməyən qəbul olunanların müəyyən edilmiş müddət ərzində universitetə müraciət etmələri xahiş olunur.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub