Testosteron kişilərdə ürək ritminə gözlənilməz təsir göstərə bilər
08.09.2026 11:22

Orta və yuxarı yaşlı kişilər arasında geniş tətbiq olunan testosteron əvəzedici terapiyası ürək ritminə ciddi təsir göstərə bilər.

 

Aztibb.az "Journal of the Endocrine Society" jurnalında dərc olunan elmi icmala istinadən yazır ki, testosteronun normadan çox aşağı və ya həddindən artıq yüksək olması qulaqcıqların səyirməsi (qulaqcıq fibrillyasiyası) riskini əhəmiyyətli dərəcədə artırır. Qulaqcıq fibrillyasiyası isə insult ehtimalını yüksəldən və əksər hallarda ömürlük qandurulaşdırıcı dərmanların qəbulunu tələb edən təhlükəli aritmiya növüdür.

 

Kanzas-Siti Veteranlar Tibb Mərkəzinin tədqiqatçısı Racat S. Barua və həmkarları populyasiya, kliniki və laborator tədqiqatların məlumatlarını təhlil edərək qan testosteronu ilə aritmiya riski arasında "U-şəkilli" asılılıq aşkar ediblər. Ən aşağı risk göstəricisi testosteronun nə yuxarı, nə də aşağı hədlərində deyil, məhz norma daxilindəki orta göstəricilərdə müşahidə olunub. Laborator tədqiqatlar da sübut edir ki, hormonun həm kəskin çatışmazlığı, həm də həddindən artıq yüksək konsentrasiyası ürək hüceyrələrinə iki fərqli bioloji mexanizm vasitəsilə mənfi təsir göstərir.

 

Mütəxəssislər bildirirlər ki, testosteron terapiyası alan pasiyentlərdə hormonu normanın ən yuxarı sərhədinə çatdırmaq yanlışdır; əsas hədəf sabit qalmaqla orta səviyyəni — təxminən 350–550 ng/dL göstəricisini saxlamaq olmalıdır. Hormonal dəyişikliklərdə qanda qəfil sıçrayışlar yaradan qısamüddətli inyeksiyalar əvəzinə orqanizmə tədricən və sabit sovrulan preparatlara üstünlük verilməlidir. Həkimlər müalicəyə başlamazdan əvvəl piylənmə, yuxu apnesi və arterial təzyiq kimi amilləri qiymətləndirməli, terapiya boyu isə pasiyentin ürək ritmini, hematokrit göstəricisini, qaraciyər və böyrək funksiyalarını mütəmadi nəzarətdə saxlamalıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır