İnfarkt riskini 10 il əvvəldən proqnozlaşdıran model hazırlanıb - 80%-dən yüksək dəqiqliklə
08.09.2026 11:41

Rusiyalı alimlər ürək-damar xəstəlikləri və şəkərli diabetin inkişaf riskini uzunmüddətli proqnozlaşdırmağa imkan verən riyazi model hazırlayıblar. Tədqiqat Novqorod Dövlət Universiteti və Cənubi Ural Dövlət Tibb Universitetinin mütəxəssisləri tərəfindən aparılıb.

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki. model beş əsas göstəricini nəzərə alır: “pis” xolesterinin səviyyəsi, yaş, cins, leptin və fibrinogen göstəriciləri. Tədqiqat nəticələri xəstəliklərin inkişaf mexanizmlərinin qadın və kişilərdə fərqləndiyini göstərib.

Araşdırma çərçivəsində 18–44 yaş arasında olan 251 pasiyentin sağlamlıq vəziyyəti 10 il ərzində izlənilib. İlkin müayinələr 2013–2016-cı illərdə, təkrar müayinələr isə 2023–2026-cı illərdə aparılıb. Alimlər əldə olunan məlumatlar əsasında modeli təkmilləşdirərək onun uzunmüddətli proqnoz dəqiqliyini qiymətləndiriblər.

Tədqiqat göstərib ki, metabolik sindromun risk faktorları qadın və kişilərdə fərqli xarakter daşıyır. Qadınlarda yüksək leptin, kişilərdə isə yüksək “pis” xolesterin daha əhəmiyyətli göstəricilərdən biri olub.

Alimlərin fikrincə, xüsusilə 18–44 yaş dövrü ağır ürək-damar və metabolik xəstəliklərin qarşısının alınması baxımından mühüm “imkan pəncərəsidir”. Risk faktorlarının bu mərhələdə müəyyənləşdirilməsi gələcəkdə xəstəliklərin inkişafının qarşısının alınmasına kömək edə bilər.

Bununla belə, modelin klinik praktikada tətbiqindən əvvəl onun daha böyük pasiyent qruplarında sınaqdan keçirilməsi tələb olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır