Tez-tez xəstələnən uşağın immuniteti “öyrənir” - Nə zaman narahat olmaq lazımdır?
07.09.2026 13:45

Uşaqda nəfəs darlığı və boğulma yoxdursa, tez-tez kəskin respirator virus infeksiyalarına yoluxması normaldır

Bağçaya və ya məktəbə yeni başlayan uşaqlarda tez-tez kəskin respirator virus infeksiyalarının (KRVİ) müşahidə olunması immun sisteminin müxtəlif viruslarla tanış olması və onlara qarşı mübarizə təcrübəsi qazanması ilə bağlı normal proses ola bilər. Bunu terapevt həkim Filipp Kuzmenko bildirib.

Aztibb.az "Life" portalına istinadən yazır ki, onun sözlərinə görə, uşaq tez-tez xəstələnsə də, hər dəfə normal şəkildə sağalırsa, valideynlərin bundan ciddi narahat olmasına ehtiyac yoxdur.

“Əgər uşağınız tez-tez xəstələnir, lakin sağalırsa, bunda pis heç nə yoxdur”, – həkim vurğulayıb.

Yaş artdıqca bu cür xəstəliklərin tezliyi, bir qayda olaraq, azalır. Bunun səbəbi immun sisteminin müxtəlif infeksiyalarla mübarizə aparmaq üçün zaman keçdikcə təcrübə toplamasıdır.

Həkimə görə, əsas narahatlıq o zaman yaranmalıdır ki, hər xəstəlik uşağın xəstəxanaya yerləşdirilməsi ilə nəticələnsin. Ekspert həmçinin valideynləri hər soyuqdəyməni çoxsaylı dərmanlarla müalicə etməyə çalışmamağa çağırıb.

Adi virus infeksiyası zamanı əsas işi orqanizmin immun sistemi görür. Valideynlər isə uşağın sağalması üçün əlverişli şərait yaratmalıdırlar. Bunun üçün otağın tez-tez havalandırılması, uşağa bol maye verilməsi, istirahətin təmin olunması və temperatur yüksəldikdə parasetamoldan istifadə edilməsi tövsiyə olunur.

Bununla yanaşı, təhlükəli simptomlar yarandıqda təcili tibbi yardım göstərilməlidir. Həkim bu əlamətlər arasında nəfəs darlığı, tənəffüsün çətinləşməsi, səpgi və nevroloji simptomları xüsusi qeyd edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır