The New York Times: Böyrəyi köçürülənədək 9 ay ərzində donuz böyrəyi ilə yaşadı
07.09.2026 10:48

66 yaşlı amerikalı Tim Endryus dünyada genetik modifikasiya olunmuş donuzdan köçürülmüş böyrəklə doqquz ay yaşayan və daha sonra uğurla insan donorunun böyrəyini qəbul edən ilk şəxs olub.

 

Aztibb.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.

Hipertoniya və diabetdən əziyyət çəkən Endryusun nadir qan qrupu olduğundan uyğun insan böyrəyini gözləyərək transplantasiya olunmaq şansı olduqca aşağı idi. O, 2025-ci ilin yanvarında Massaçusets Xəstəxanasında eksperimental əməliyyata razılıq verib və orqanizmin böyrəyi rədd etməsi riskini azaltmaq məqsədilə 69 genetik dəyişiklik edilmiş donuzun böyrəyini qəbul edib.

Donuz böyrəyi 271 gün ərzində normal fəaliyyət göstərərək xəstənin qanını təmizləyib. Bu müddətdə Endryusun iştahı bərpa olunub və əzələ kütləsi artıb.

Lakin doqquz ay sonra böyrəkdə qan laxtalarının əmələ gəlməsi səbəbindən həkimlər orqanı çıxarmaq qərarına gəliblər. 2026-cı ilin yanvarında isə Endryusa uyğun insan donorundan götürülmüş böyrək köçürülüb. Bundan sonra o, vəfat etmiş donordan böyrək transplantasiyası həyata keçirilənədək 82 gün dializ müalicəsi alıb.

ABŞ-ın Qida və Dərman Administrasiyasının (FDA) proqramı çərçivəsində ümumilikdə beş xəstəyə biotexnologiya şirkəti eGenesis tərəfindən hazırlanmış donuz böyrəkləri köçürülüb. Onlardan üçünün bu orqanlarla səkkiz aydan artıq müddətdə yaşadığı bildirilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş