Sentyabrın 1-dən səyyar apteklər üzrə pilot layihə başlayacaq
31.08.2026 16:11

Rusiyada 2026-cı il sentyabrın 1-dən 11 regionda səyyar apteklərin fəaliyyəti üzrə üçillik pilot layihəyə start veriləcək. Layihə əsasən stasionar apteklərin olmadığı ucqar və kənd yaşayış məntəqələrini əhatə edəcək.

Aztibb.az xəbər verir ki, səyyar apteklər Arxangelsk, Volqoqrad, Nijni Novqorod, Tümen, Stavropol, Krasnodar, Krasnoyarsk, Kabardin-Balkar, Buryatiya, Kalmıkiya və Donetsk bölgəsində fəaliyyət göstərəcək. Marşrutlar və səfər cədvəlləri yerli hakimiyyət orqanları tərəfindən əvvəlcədən təsdiqlənərək sakinlərə elan olunacaq.

Səyyar apteklərdə həm reseptli, həm də reseptsiz dərman vasitələri satılacaq. Narkotik və psixotrop preparatlar, immunobioloji vasitələr, yüksək faizli spirt tərkibli dərmanlar və xüsusi aşağı temperaturda saxlanılması tələb olunan preparatların satışı isə qadağan ediləcək.

Layihə 2029-cu il sentyabrın 1-dək davam edəcək. Sakinlər müntəzəm marşrutlar sayəsində dərmanları əvvəlcədən sifariş edib növbəti səfər zamanı təhvil ala biləcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub