Stomatoloqlara yeni tələblər: Ağrıkəsici və onkoloji müayinə
31.08.2026 18:54

Rusiyada 1 oktyabr 2026-cı ildən stomatoloji xidmətlərin göstərilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Dəyişikliklər xəstələrin ağrısız müalicəsini və ağız boşluğunda onkoloji xəstəliklərin daha erkən aşkarlanmasını hədəfləyir.

Aztibb.az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin yeni qaydalarına əsasən, ağrıya səbəb ola biləcək istənilən stomatoloji müdaxilə anesteziya ilə aparılmalıdır. Zəruri hallarda tibbi göstəriş əsasında sedasiya və ya ümumi anesteziyadan da istifadə edilə bilər.

Yeni qaydalara görə, stomatoloqlar qəbul zamanı yalnız pasiyentin müraciət etdiyi problemin müalicəsi ilə kifayətlənməyəcək. Ağız boşluğu bədxassəli şişlərin mümkün əlamətlərinin aşkarlanması məqsədilə də müayinə olunacaq. Şübhəli hal müəyyən edildikdə pasiyent onkoloqa yönləndiriləcək.

Stomatoloji kabinetlərin təcili tibbi yardım üçün zəruri vasitələrlə, o cümlədən avtomatik xarici defibrilyator və anafilaktik şok zamanı istifadə olunan dərman və tibbi ləvazimatlarla təchiz edilməsi də nəzərdə tutulur.

Qaydalarda stomatoloji yardımın ilkin, ixtisaslaşdırılmış və yüksək texnologiyalı olmaqla üç səviyyəyə bölünməsi, eləcə də ilkin yardımı göstərə biləcək mütəxəssislərin dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Mütəxəssislər bildirirlər ki, müasir stomatologiyada anesteziya pasiyentin rahatlığını təmin etməklə yanaşı, həkimə proseduru daha dəqiq və təhlükəsiz həyata keçirməyə imkan verir. Anesteziya növü isə müdaxilənin xarakteri və pasiyentin fərdi xüsusiyyətləri nəzərə alınmaqla seçilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır