Xəbərdarlıq: Təzə bişmiş isti çörəyi ehtiyatla yeyin
31.08.2026 20:58

Təzə bişmiş isti çörək xoş ətri və yumşaq quruluşu ilə cəlbedici olsa da, bəzi insanlar üçün həzm problemlərinə səbəb ola bilər.

Aztibb.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xüsusilə tam bişməmiş mayalı xəmir mədədə fermentasiyanı artıra, isti qida isə qida borusu və mədənin selikli qişasını qıcıqlandıra bilər.

Qastrit, mədə xorası, reflüks, köp və meteorizmə meyilli, həmçinin qıcıqlanmış bağırsaq sindromu olan şəxslərə təzə bişmiş çörəyi isti halda qəbul etməmək tövsiyə olunur. Uşaqlar və yaşlılar da isti qidaya qarşı daha həssas ola bilərlər.

Mütəxəssislər metabolik sindrom, piylənmə, prediabet və diabeti olan insanların da isti çörək qəbulunda ehtiyatlı olmasını məsləhət görür. Təzə bişmiş çörəyin glisemik indeksi daha yüksək ola bilər və qan şəkərinin sürətlə artmasına səbəb ola bilər.

Bəzi araşdırmalar isə çörəyin dondurulub əridildikdən sonra qızardılmasının glisemik indeksini azalda biləcəyini göstərir. Bunun səbəbi dondurma zamanı tez həzm olunan nişastanın daha yavaş həzm edilən davamlı nişastaya çevrilməsidir.

Sağlam insanlar üçün isti çörəyin ölçülü miqdarda qəbulunun ciddi zərər yaratdığına dair əsas yoxdur. Bununla belə, çörəyi bir qədər soyutmaq həzm sistemi üçün daha rahat seçim ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır