Tufan zamanı havaya yayılan ambroziya tozcuqları sağlamlıq problemi yaradıb
31.08.2026 19:52

 

Krasnodarda tufandan sonra 100-dən çox sakin güclü öskürək və nəfəs darlığı səbəbilə tibbi yardıma müraciət edib.

Aztibb.az xəbər verir ki, avqustun 27-nə keçən gecə xəstəxanalara müraciət edən sakinlər kəskin nəfəsalma çətinliyi, güclü öskürək və boğulma hissindən şikayətləniblər.

Məlumata görə, vəziyyətin pisləşməsinə tufan zamanı güclü küləyin ambroziya tozcuqlarını havaya yayması səbəb olub. Bu hal “ildırım astması” kimi tanınan kəskin allergik reaksiyalara yol aça bilər.

Mövsümi allergiyanın əsas əlamətləri burun tutulması, asqırma, boğazda qıcıqlanma, xırıltılı nəfəsalma və nəfəs darlığıdır. Bəzi hallarda allergik reaksiyalar bronxial astmanın inkişafına səbəb ola bilər.

Mütəxəssislər mövsümi allergiyanın müalicəsiz qalmasının simptomların ildən-ilə güclənməsinə və orqanizmin daha çox allergenə həssaslaşmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır