Alkoqolsuz pivə də sürücülər üçün risk yarada bilər
31.08.2026 20:47

 

Alkoqolsuz pivə qəbul etdikdən sonra avtomobil idarə etmək təhlükəsiz olmaya bilər.

Aztibb.az xəbər verir ki, İrkutsk vilayətinin psixonevroloji dispanserinin narkoloqu Andrey Sergeyev alkoqolsuz pivənin tərkibində az miqdarda etanol ola biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, bir neçə banka və ya butulka alkoqolsuz pivənin ardıcıl qəbul edilməsi nəticəsində orqanizmdə etanolun ümumi miqdarı arzuolunmaz səviyyəyə çata bilər.

Həkim həmçinin qeyd edib ki, belə içkilərdən sonra ağızda xarakterik qoxu qala bilər və bu, yol polisi əməkdaşlarında şübhə yarada bilər.

Sergeyev az miqdarda alkoqolun belə diqqətin azalmasına və reaksiyanın zəifləməsinə səbəb ola biləcəyini vurğulayıb. Bu səbəbdən alkoqolsuz pivə qəbul etdikdən sonra sükan arxasına keçməmək tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır