Xərçəngə qarşı yeni peyvəndin ilk nəticələri açıqlanıb
30.08.2026 22:02

Rusiyada melanomaya qarşı hazırlanmış fərdiləşdirilmiş “NeoOnkovak” xərçəng peyvəndi ilə ilk pasiyentin müalicəsinin uğurla davam etdiyi açıqlanıb.

Aztibb.az xəbər verir ki, bunu Rusiyanın N.F. Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi rəhbəri Aleksandr Gintsburq bildirib. Preparat ilk dəfə aprelin 1-də pasiyentə tətbiq edilib və müalicə kursunun sentyabr ayında başa çatdırılması planlaşdırılır.

“NeoOnkovak” hər bir pasiyent üçün fərdi şəkildə hazırlanır. mRNT texnologiyasına əsaslanan peyvənd konkret şişdə aşkar edilən mutasiyalar nəzərə alınmaqla hazırlanır.

Mütəxəssislərin bildirdiyinə görə, ilin sonunadək peyvəndin daha 20 onkoloji xəstə üçün hazırlanması planlaşdırılır. Onlardan 12 nəfərin yaxın vaxtlarda müalicəyə cəlb ediləcəyi gözlənilir.

Preparat Qamaleya Mərkəzində hazırlanıb, istehsalı isə Rusiya Radiologiya Milli Tibb Tədqiqat Mərkəzində həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub