Araşdırma: Diabetli qadınlarda psixi pozuntular daha çox inkişaf edir
31.08.2026 15:13

Tip 2 diabet qadın və kişilərdə yanaşı xəstəliklərin inkişafına fərqli təsir göstərə bilər.

Aztibb.az xəbər verir ki, Böyük Britaniyada aparılan yeni araşdırmada tip 2 diabet diaqnozu alan 28 720 nəfərin sağlamlıq göstəriciləri təhlil edilib. Tədqiqatçılar xəstəliyin qadın və kişilərdə yaratdığı yanaşı problemlər və bu fərqlərin yaş qruplarına görə necə dəyişdiyini araşdırıblar.

İştirakçılar orta hesabla 6,8 il izlənilib. Onların 62 faizini kişilər təşkil edib. Araşdırmada diabetdən əvvəl hipertoniya, depressiya, narahatlıq, somatoform pozuntular, ürək-damar və son mərhələ böyrək xəstəlikləri diaqnozu olan şəxslər nəzərə alınmayıb.

Nəticələr göstərib ki, tip 2 diabetli qadınlarda psixi sağlamlıq problemləri kişilərlə müqayisədə daha çox inkişaf edir. Kişilərdə isə ürək-damar xəstəlikləri və son mərhələ böyrək xəstəliyinə daha yüksək nisbətdə rast gəlinib.

Tədqiqat müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr diabetin müalicəsində qadın və kişilər üçün fərdiləşdirilmiş yanaşmaların hazırlanmasına kömək edə bilər.

Araşdırma PLOS Medicine jurnalında dərc olunub.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub