Kişilər və qadınlar diqqət: ən çox rast gəlinən xərçəng növləri
27.08.2026 18:17

Xərçəngin yaranma ehtimalına yaş, irsiyyət, həyat tərzi, qidalanma, ətraf mühit və iş şəraiti kimi bir sıra amillər təsir edir. Müasir diaqnostika üsulları isə xəstəliyi daha erkən mərhələdə aşkarlamağa imkan verir.

Aztibb.az xəbər verir ki, kişilərdə daha çox ağciyər, prostat, dəri, kolorektal və mədə xərçənginə, qadınlarda isə süd vəzi, uşaqlıq boynu və uşaqlıq cismi, eləcə də dəri xərçənginə rast gəlinir.

Mütəxəssislərin fikrincə, xərçəngin yaranmasının tək bir səbəbi yoxdur. Siqaret çəkmək, artıq çəki, az fiziki aktivlik, balanssız qidalanma, alkoqol qəbulu, zərərli istehsalat amilləri və ultrabənövşəyi şüalara həddindən artıq məruz qalmaq riski artıra bilər.

Ağciyər xərçəngində əsas risk faktorlarından biri siqaretdir. Prostat xərçənginin yaranma ehtimalı isə əsasən yaş və ailə tarixçəsi ilə əlaqəlidir. Dəri xərçəngi və xüsusilə melanoma üçün günəş şüaları və solariumda ultrabənövşəyi şüalanma mühüm risk faktorlarıdır.

Qadınlarda süd vəzi xərçəngi ən çox rast gəlinən bədxassəli şişlərdəndir. Yaş, ailə tarixçəsi, artıq çəki, hormonal amillər, alkoqol və siqaret riskə təsir göstərə bilər. Uşaqlıq cisminin xərçəngində isə piylənmə və bəzi hormonal pozuntular mühüm rol oynayır.

Xərçəng riskini tam aradan qaldırmaq mümkün olmasa da, sağlam çəkinin qorunması, müntəzəm fiziki aktivlik, balanslı qidalanma, siqaretdən imtina, alkoqolun məhdudlaşdırılması və dərinin günəşdən qorunması riski azaltmağa kömək edə bilər.

Mütəxəssislər vaxtında müayinənin də vacib olduğunu bildirirlər. Süd vəzi, uşaqlıq boynu və kolorektal xərçəng kimi bəzi xəstəliklər üçün yaş və risk faktorlarına uyğun skrininq proqramlarından istifadə olunur. Ailədə, xüsusilə gənc yaşda xərçəng halları varsa, həkimlə məsləhətləşmək və bəzi hallarda genetik müayinədən keçmək məqsədəuyğundur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır