Kök hüceyrə terapiyası sağalmaz göz xəstəliyindən əziyyət çəkən pasiyentlərin görmə qabiliyyətini bərpa edib
21.08.2026 12:41

Kök hüceyrələrdən istifadə edilən yeni terapiya ilk dəfə aniridiyalı keratopatiyadan əziyyət çəkən pasiyentlərin görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edib. Aniridiyalı keratopatiya əvvəllər sağalmaz hesab edilən nadir irsi xəstəlikdir.

 

Aztibb.az xəbər verir ki, bununla bağlı ilk klinik tədqiqatın nəticələri “JAMA Ophthalmology” jurnalında dərc olunub.

 

Aniridiyalı keratopatiya PAX6 genində baş verən mutasiya nəticəsində inkişaf edir və bu mutasiya buynuz qişanın kök hüceyrələrinin çatışmazlığına səbəb olur. Bunun nəticəsində buynuz qişanın səthi tədricən şəffaflığını itirir, onun üzərini konyunktiva örtməyə başlayır və zaman keçdikcə görmə qabiliyyəti pisləşir. İndiyədək bu xəstəliyin effektiv müalicəsi mövcud olmayıb.

 

Alimlər tərkibində iki növ kök hüceyrə olan kollagen karkas hazırlayıblar və onu zədələnmiş gözün səthinə implantasiya ediblər. Tədqiqatda doqquz pasiyent iştirak edib, belə ki, terapiya yalnız bir gözə tətbiq olunub, digər gözdən isə nəticələri müqayisə etmək üçün istifadə edilib.

 

Üç aydan sonra müalicə olunan gözün səthinin vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, bir il sonra isə pasiyentlər görmə itiliyinin standart testində orta hesabla 24 simvol daha çox ayırd edə biliblər.

 

Tədqiqatçılar qeyd edirlər ki, bu, sözügedən xəstəliyin müalicəsi üçün eyni vaxtda iki növ kök hüceyrədən ibarət kollagen karkasın dünyada ilk uğurlu tətbiqidir. İndi tədqiqatçılar daha genişmiqyaslı klinik sınaqlar keçirməyi planlaşdırırlar ki, gələcəkdə bu üsulu pasiyentlər üçün əlçatan etmək mümkün olsun.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır