Yeniyetmə qızlar üçün maarifləndirici layihə
17.08.2026 08:56

Rusiyada “Sferum” təhsil platforması yeniyetmə qızlar üçün böyümə və qadın sağlamlığı ilə bağlı populyar suallara cavab verən “Soruşmağa utanıram” adlı maarifləndirici layihəyə başlayıb.

 

Aztibb.az "Gazeta" nəşrinə istinadən yazır ki, xidmət “Sferum” təhsil platforması tərəfindən N. İ. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin və Fomin Klinikasının dəstəyi ilə hazırlanıb. Mini tətbiq MAX platformasında mövcuddur və onu axtarış vasitəsilə də tapmaq mümkündür.

“Soruşmağa utanıram” xidmətində qadın sağlamlığı, orqanizmdə yaşla əlaqədar dəyişikliklər, münasibətlər və emosiyalarla bağlı əsas suallara cavab verən qısa və faydalı məqalələr toplanıb. Bütün materiallar həkimlər tərəfindən hazırlanıb və yoxlanılıb, mövzular üzrə qruplaşdırılıb. Onların oxunması cəmi 2–3 dəqiqə çəkir.

“Soruşmağa utanıram” tətbiqi nəsihət və mühakimələrdən uzaq, etibarlı mühit yaradır və burada yalnız yoxlanılmış məlumatlar təqdim olunur.

“Yeniyetməlik dövründə qızlar böyümə ilə bağlı suallar verməyə çox vaxt utanırlar, etibarlı məlumat tapa bilmir və dəstək üçün kimə müraciət edəcəklərini bilmirlər. “Sferum” Piroqov Universiteti və Fomin Klinikası ilə birlikdə onlara bütün bu məsələləri utanmadan və mürəkkəb tibbi terminlər olmadan anlamağa kömək edəcək xidmət hazırlayıb. Burada qadın sağlamlığı sahəsində aparıcı mütəxəssislər tərəfindən hazırlanmış, sadə dildə təqdim olunan yalnız yoxlanılmış məlumatlar yer alır. Valideynlər materialların keyfiyyətinə əmin ola bilərlər”, – deyə informasiya dəstəyi üzrə direktor Kristina Davıdova bildirib.

“Yeniyetmə öz bədənində dəyişikliklər hiss etdikdə çoxlu suallar yaranır və çox vaxt bunları verməyə heç kim olmur. Hətta sual verəcək biri olsa belə, cavablar ya həddindən artıq mürəkkəb, ya da uşağa danışırmış kimi olur. Layihəmiz çətin mövzular haqqında dürüst və açıq söhbətdir. Hər bir qız və gənc qadın, hətta soruşmağa çox utansa belə, burada başa düşülən cavablar tapa bilər. Piroqov Universitetinin həkim və müəllimlərinin təcrübəsi uşaqlarımıza qorxu və anlaşılmazlıq olmadan böyüməyə kömək edir”, – deyə Piroqov Universitetinin tədris işləri üzrə prorektoru Olqa Miluşkina vurğulayıb.

“Bu gün qızlar bədən və böyümə ilə bağlı məlumatları internetdən öyrənirlər. Lakin internetdə çox vaxt ziddiyyətli, yoxlanılmamış və yaşa uyğun olmayan mənbələrə rast gəlinir. “Soruşmağa utanıram” tətbiqi mühüm suallara aydın cavabların tapıla biləcəyi təhlükəsiz və etibarlı ünsiyyət mühiti yaradır. Kontenti sübuta əsaslanan tibb prinsiplərinə əməl edən ixtisaslaşmış mütəxəssislər hazırlayırlar. Onlar böyümə, bədəndə baş verən dəyişikliklər və özünə qayğı haqqında qorxutmadan, utandırmadan və stereotiplər yaratmadan sadə dildə danışmağa kömək edirlər. Qızlar üçün bu, özlərini daha yaxşı anlamaq və utanmadan etibarlı bilik əldə etmək imkanıdır. Valideynlər üçün isə övladlarının yaşına uyğun, keyfiyyətli və təhlükəsiz sağlamlıq məlumatlarına çıxışının olması rahatlıq və əminlik yaradır”, – deyə Fomin Klinikasının “Uşaq ginekologiyası” istiqamətinin rəhbəri Kyaniz Əliyeva qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır