Tərkibində narkotik maddə olduğu bildirilən arıqlama həbləri ilə bağlı araşdırmaya başlanılıb
11.08.2026 13:23

Rospotrebnadzor arıqlama vasitələrinin satışını onların tərkibində sibutramin maddəsinin aşkar edilməsi ilə bağlı məlumatlardan sonra yoxlamağa başlayıb. Söhbət Supressa, Ultra Lipo 3, Mineral Balance və S Figura Slim markaları altında satılan məhsullardan gedir.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, qurumun məlumatına görə, adıçəkilən vasitələr AİİB-nin (Avrasiya İqtisadi İttifaqı) məhsulların dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin Vahid Reyestrində yer almır. Aparılan yoxlamalar qeydiyyatdan keçməmiş məhsulların satışına aiddir.

 

Yoxlamaya mediada yayılan və adıçəkilən arıqlama vasitələrinin tərkibində sibutramin aşkar edildiyini bildirən məlumatlar səbəb olub. Bununla belə, Rospotrebnadzor öz açıqlamasında hələlik laboratoriya tədqiqatlarının nəticələrini təsdiqləməyib.

 

Qurum həmçinin İnternet Ticarəti Şirkətləri Assosiasiyasına müraciət edib. Bazar iştirakçılarına sözügedən məhsulların dövriyyədən çıxarılması üçün təcili tədbirlər görmək təklif olunub.

 

Alıcılara isə bioloji aktiv qida əlavələri (BAQ) almadan əvvəl məhsulun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin olub-olmadığını yoxlamaq tövsiyə edilib. Bu sənəd məhsulun dövriyyəyə buraxılmasına icazə verildiyini təsdiqləyir.

 

Qeyd edək ki, hələ 2025-ci ildə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina marketpleyslərə yeniyetmələr arasında geniş istifadə olunan "Molekula" adlı arıqlama preparatının satışdan çıxarılması çağırışı etmişdi. Preparat reseptsiz satılır və münasib qiymətə əldə edilə bilir.

 

Preparatın tərkibində əsasən bitki "ekstraktlarının" olduğu göstərilsə də, yayılan məlumatlara görə, onun tərkibində sağlamlıq üçün təhlükəli maddələr də ola bilər. Bununla əlaqədar istifadəçilər yuxusuzluqdan tutmuş dişlərin kövrəkləşməsi və ürək ritminin pozulmasına qədər müxtəlif yan təsirlərdən şikayət ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır