Vitamin çatışmazlığı gözlərdə hansı problemlərə səbəb ola bilər?  
10.08.2026 14:23

Sağlam insanların, görmə ilə bağlı problemi olmadığı halda, profilaktik məqsədlə xüsusi “göz vitaminləri” qəbul etməsinə ehtiyac yoxdur. Vitamin kompleksləri göz xəstəliklərinin qarşısının alınmasında, nadir hallar istisna olmaqla, effektiv hesab edilmir.

Aztibb.az xəbər verir ki, oftalmoloq Anatoli Mavridi göz sağlamlığı üçün vitaminlərin istifadəsi ilə bağlı açıqlamasında bildirib ki, hər hansı kompleks qəbul etməzdən əvvəl oftalmoloq müayinəsindən keçmək və mütəxəssis tövsiyəsi almaq daha doğrudur.

Mütəxəssisin sözlərinə görə, bəzi göz xəstəliklərində vitamin və qida əlavələrindən müalicənin bir hissəsi kimi istifadə oluna bilər. Məsələn, yaşla bağlı makula degenerasiyasının müəyyən mərhələlərində AREDS2 tərkibli komplekslərin istifadəsi tövsiyə edilir. Keratokonus zamanı isə riboflavin (B2 vitamini) krosslinkinq prosedurunda tətbiq olunur.

Vitamin çatışmazlığı da nadir hallarda göz problemlərinə səbəb ola bilər. A vitamini çatışmazlığı kseroftalmiya, gecə korluğu və buynuz qişada ciddi dəyişikliklərlə, B12 çatışmazlığı isə optik nevritlə əlaqələndirilir. Xüsusilə vegan və vegetarian qidalanan şəxslərdə B12 səviyyəsinə diqqət yetirmək vacibdir.

Oftalmoloq qeyd edib ki, bəzi xəstəliklər zamanı müəyyən vitaminlərin əlavə qəbulundan çəkinmək lazımdır. Məsələn, ABCA4 gen mutasiyaları ilə əlaqəli bəzi xəstəliklərdə A vitamini əlavələri, piqmentar retinitdə isə yüksək dozada E vitamini arzuolunmaz ola bilər.

Vitamin D ilə bağlı araşdırmalar isə onun çatışmazlığının dağınıq sklerozun inkişaf riskində rol oynaya biləcəyini göstərir. Bununla belə, vitamin D-nin əlavə qəbulunun müalicədəki rolu fərdi qiymətləndirilməlidir.

Mütəxəssis sağlam gözlər üçün əsas yanaşmanın balanslı və müxtəlif qidalanma, fiziki aktivlik, açıq havada vaxt keçirmək, düzgün görmə rejimi və arterial təzyiq, qan şəkəri, xolesterin kimi risk faktorlarına nəzarət olduğunu vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır