Göz yaşlarını saxlamaq stressə dözümlülüyə mənfi təsir göstərə bilər
08.08.2026 09:33

Uşağa “ağlama” demək çox vaxt onu qorumaq və sakitləşdirmək niyyəti ilə edilir. Lakin mütəxəssislər bildirirlər ki, daim göz yaşlarını saxlamaq vərdişi insanın gələcəkdə emosional gərginlik və stresslə mübarizə qabiliyyətinə mənfi təsir göstərə bilər.

Aztibb.az "Poisknews"a istinadən yazırt ki, klinik psixoloq Marianna Abravitovanın sözlərinə görə, ağlamaq sinir sisteminin həddindən artıq yüklənməsinə qarşı təbii müdafiə mexanizmidir. Göz yaşları güclü emosional hadisədən sonra yaranan gərginliyi azaltmağa və insanın özünü daha yaxşı hiss etməsinə kömək edir.

Mütəxəssis qeyd edir ki, emosiyalarını ifadə etməkdən daim çəkinən insanlar ağlamağa səbəb olan çətin vəziyyətlərə daha çətin uyğunlaşırlar. Bu davranışın səbəbi çox vaxt insanın böyüdüyü mühitlə bağlı olur. Bəzi ailələrdə ağlamaq zəiflik və ya qəbuledilməz davranış kimi qəbul edildiyi üçün uşaq hisslərini gizlətməyə alışır.

Psixoloqun fikrincə, orqanizm bəzən emosional boşalma ehtiyacını özü göstərir. Bu, ağlama zamanı nəfəsalma dəyişiklikləri, sinədə sıxılma və digər fiziki reaksiyalarla müşayiət oluna bilər.

Mütəxəssislər vurğulayırlar ki, ağlamaq zəiflik əlaməti deyil, əksinə, insanın emosional tarazlığını qorumağa kömək edən təbii fizioloji prosesdir.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə