Qoturluqdan necə qorunmalı? – Dermatoloq əsas əlamət və profilaktik tədbirləri açıqlayır
19.07.2026 12:25

Qoturluq (skabiez) Sarcoptes scabiei gənəsinin törətdiyi yoluxucu dəri xəstəliyidir. Dermatoloq Elanə Rəsulovanın bildirdiyinə görə, xəstəlik əsasən yoluxmuş şəxslə uzunmüddətli yaxın təmas, həmçinin istifadə olunan paltar, dəsmal və yataq dəstləri vasitəsilə asanlıqla yayıla bilir.

Aztibb.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, qoturluğun ən xarakterik əlaməti gecə saatlarında daha da güclənən intensiv qaşınmadır. Bundan əlavə, dəridə xırda səpgilər, qaşıntı və cızıq izləri də müşahidə oluna bilər.

Elanə Rəsulova bildirir ki, qoturluq tam müalicə olunan xəstəlikdir. Lakin müalicə yalnız dermatoloqun təyinatı və nəzarəti altında aparılmalıdır. Erkən diaqnozun qoyulması xəstəliyin daha qısa müddətdə sağalmasına və ətrafdakılara yoluxma riskinin azalmasına kömək edir.

Dermatoloq gecə saatlarında artan qaşınma və dəridə səpgilər müşahidə olunduğu halda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edir.

Mütəxəssis həmçinin şəxsi gigiyena qaydalarına riayət etməyin, paltar və yataq dəstlərini mütəmadi yumağın, eləcə də yoluxmuş şəxslərlə yaxın təmasdan çəkinməyin qoturluqdan qorunmaq üçün mühüm əhəmiyyət daşıdığını vurğulayır. Sağlam dərinin qorunması isə hər birimizin məsuliyyətidir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır