Ultraemal olunmuş qidalar qanda xarakterik izlər buraxır
16.07.2026 10:26

Ultraemal olunmuş qidaların müntəzəm istehlakı ürək-damar xəstəlikləri, 2-ci tip diabet və bəzi xərçəng növlərinin riskini artırır. Critical Reviews in Food Science and Nutrition jurnalında dərc olunan yeni araşdırma isə bu qidaların orqanizmə necə təsir göstərdiyini izah edən bioloji mexanizmlərə işıq salıb.

Aztibb.az "Planet today" nəşrinə istinadən yazır ki, Fransadakı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) alimləri 15 200 nəfərin qan nümunələrini və qidalanma vərdişlərini təhlil ediblər. Tədqiqat iştirakçılarının rasionu qidaların emal dərəcəsini qiymətləndirən Nova təsnifat sistemi əsasında qiymətləndirilib.

Araşdırma göstərib ki, ultraemal olunmuş qidaları daha çox qəbul edən insanların qanında 22 müxtəlif metabolitdə xarakterik dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər yağ mübadiləsinin pozulmasına və hüceyrələrdə enerji istehsalının zəifləməsinə işarə edir.

Alimlər müəyyən ediblər ki, bu şəxslərin qanında hüceyrələrin yağı effektiv şəkildə parçalaya bilmədiyi hallarda yaranan bəzi yağ parçalanma məhsullarının səviyyəsi artır. Eyni zamanda, hüceyrə membranlarının qurulması və hüceyrələrarası siqnalların ötürülməsi üçün vacib olan bəzi lipidlərin miqdarı azalır ki, bu da yağ mübadiləsinin pozulduğunu göstərir.

Tədqiqatçılar hesab edirlər ki, ultraemal olunmuş qidalar orqanizmə iki istiqamətdə mənfi təsir göstərir: bir tərəfdən sağlam qidaları rasiondan sıxışdırıb çıxarır, digər tərəfdən isə maddələr mübadiləsini pozur. Nəticədə orqanizm daha çox xolesterin və digər yağ birləşmələri sintez etməyə başlayır.

Araşdırmada qanda səkkiz müxtəlif yağ turşusundan ibarət xarakterik profil də müəyyən edilib. Xüsusilə doymuş yağ turşusu olan stearin turşusunun yüksək səviyyəsi diqqət çəkib. Alimlər bunun təkcə qəbul edilən qidalardan deyil, həm də ultraemal olunmuş məhsullarda geniş yayılmış rafinə edilmiş şəkər və nişastanın təsiri ilə orqanizmdə əlavə yağ sintezindən qaynaqlandığını bildirirlər.

Mütəxəssislər qeyd edirlər ki, tədqiqat səbəb-nəticə əlaqəsini tam sübut etməsə də, ultraemal olunmuş qidaların qanda maddələr mübadiləsinin pozulmasını əks etdirən spesifik biokimyəvi izlər buraxdığını və bunun xroniki xəstəliklərin inkişaf mexanizmini daha yaxşı anlamağa kömək etdiyini göstərir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır