Arıq görünən uşaqlarda da gizli piylənmə riski ola bilər
15.07.2026 12:12

Arıq və ya normal çəkidə görünən hər bir uşaq sağlam hesab edilə bilməz. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bədən çəkisi normal olsa belə, yağ faizinin yüksək, əzələ kütləsinin isə az olması gizli piylənmə riskindən xəbər verə bilər.

Aztibb.az "Habertürk"ə istinadən yazır ki, diyetoloq Beste Mum bildirib ki, uşaqlarda sağlamlığın qiymətləndirilməsi yalnız boy və çəki göstəricilərinə əsaslanmamalıdır. Onun sözlərinə görə, bədən tərkibinin – yağ və əzələ nisbətinin də qiymətləndirilməsi vacibdir. Əks halda, gizli piylənmə gələcəkdə bir sıra sağlamlıq problemlərinə zəmin yarada bilər.

Mütəxəssis qeyd edib ki, planşet, telefon və kompüter qarşısında uzun müddət vaxt keçirmək uşaqların fiziki aktivliyini azaldır. Nəticədə enerji sərfi aşağı düşür, əzələ inkişafı zəifləyir, piy yığılması artır və bu da maddələr mübadiləsinin ləngiməsinə, insulin müqavimətinin yaranmasına və sümük sağlamlığının pisləşməsinə səbəb ola bilər.

Beste Mumun sözlərinə görə, gizli piylənmənin əlamətləri arasında tez yorulma, fiziki fəaliyyətə həvəssizlik, əzələ gücünün azalması, qarın nahiyəsində piylənmə, tez-tez acmaq, daimi qəlyanaltı istəyi, yuxu pozuntuları və diqqət cəmləməkdə çətinlik yer alır.

O vurğulayıb ki, çips, qazlı içkilər, hazır şirniyyatlar, qablaşdırılmış qəlyanaltılar və fast-food məhsulları yüksək kalorili olsa da, kifayət qədər zülal, vitamin və lif təmin etmir. Bu isə bədəndə piyin artmasına və əzələ inkişafının zəifləməsinə səbəb olur.

Mütəxəssis valideynlərə uşaqların qidalanmasına və həyat tərzinə daha çox diqqət yetirməyi tövsiyə edib. Onun fikrincə, uşaqlar hər gün keyfiyyətli səhər yeməyi yeməli, rasionda zülal, tərəvəz və meyvələrə üstünlük verilməli, qablaşdırılmış qidalar və şəkərli içkilər məhdudlaşdırılmalıdır.

Bundan əlavə, uşaqların hər gün ən azı 60 dəqiqə orta və ya yüksək intensivlikli fiziki fəaliyyətlə məşğul olması tövsiyə edilir. Gəzinti, velosiped sürmək, üzgüçülük, rəqs, ip atlama və açıq havada oyunlar da bu baxımdan faydalıdır.

Beste Mum bildirib ki, gizli piylənmə vaxtında aşkar edilmədikdə gələcəkdə insulin müqaviməti, 2-ci tip diabet, qaraciyər piylənməsi, yüksək xolesterin, arterial hipertoniya, ürək-damar xəstəlikləri, hormonal pozuntular və dayaq-hərəkət sistemi problemləri kimi ciddi fəsadlara səbəb ola bilər.

Mütəxəssis sonda vurğulayıb ki, "Arıq görünmək hər zaman sağlam olmaq demək deyil. Uşağın sağlam inkişafı üçün balanslı qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və düzgün həyat tərzi birlikdə təmin olunmalıdır."

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır