İnsanda E vitamini çatışmazlığı - Səbəbləri
26.07.2020 00:09

Cavanlıq və gözəllik vitamini kimi tanınan E vitamini və ya tokoferol güclü antioksidant təsirə malikdir. O, bütün mübadilə proseslərində iştirak edir, ürəyin işini və qanda xolesterinin miqdarını normallaşdırır. Bütün əzələlərin düzgün inkişafı və fəaliyyəti, zülal və kollagenin sintezi üçün E vitamini vacibdir.

 

Böyük insanın gündəlik E vitamini tələbatı 15 milliqramdır. 

 

Aztibb.az xəbər verir ki, bədəndə bu vitamin çatışmadıqda təhlükəli vəziyyət yarana bilər.

 

Daha çox mədə-bağırsaq problemləri, kolit, xoralı kolit, öddə problemlər, daşı olanlar, öd kisəsi tam çıxarılanlarda bu vitaminin defisitinə rast gəlinir. Çünki bağırsaqlarda tokoferol sovrulmur. Bunun üçün həkim pasiyentə E vitamini dərman preparatları yazmalıdır.

 

E vitamini qidalarla mənimsənilir.

 

Məsələn, bitki yağlarının 100 qramında 44 miliqram E vitamin var. Bir ovuc badam yemək E vitamini balansını qoruyur. Günəbaxan tumlarının 100 qramında 35 milliqram vitamin var. Eləcə də yer fındığı, fındıq, zeytun da E vitamini ehtiyacını ödəyir. 

 

Özbaşına E vitamini preparatları qəbul etmək olmaz, çünki bu vitaminin artıqlığı ciddi problemlərə gətirib çıxara bilər. Belə ki, onlar toxumalarda yağ kimi depolanır. Bu isə yorğunluq, əzələ qıcolmaları, baş ağrıları, böyrək və qaraciyərdə problemlərə səbəb olur. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır