Yeni araşdırma: İnsanlar ilk xatirələrinin yaşını çox vaxt səhv xatırlayırlar
08.07.2026 09:33

 

Yeni elmi araşdırma göstərib ki, insanların əksəriyyəti ilk xatirələrinin hansı yaşa aid olduğunu düzgün müəyyənləşdirə bilmir və bunun səbəbi gözləniləndən fərqlidir.

 

Aztibb.az "Memory" jurnalında dərc olunan tədqiqatın nəticələrinə əsasən yazır ki, insanlar adətən təxminən 2,5 yaşında baş vermiş hadisələri xatırlaya bilirlər. Bu isə əvvəlki elmi təsəvvürlərdən təxminən bir il daha erkən dövrə təsadüf edir.

 

Tədqiqat müəlliflərinin sözlərinə görə, ilk xatirə adətən tək bir hadisədən ibarət olmur. Əksinə, müəyyən şəraitdə yadda canlandırıla bilən erkən uşaqlıq dövrünə aid bir neçə epizoddan ibarət olur.

 

Alimlər müəyyən ediblər ki, bir çox insan ilk xatirələrinin daha gec yaşlarda formalaşdığını düşünür. Lakin onlardan uşaqlıq dövrünə aid təkcə bir deyil, bir neçə hadisəni xatırlamaları istənildikdə, daha erkən yaşlara aid xatirələri də yada sala bildikləri məlum olub.

 

Tədqiqat müəllifləri bunu beynin məlumatı saxlaması və sonradan geri çağırması mexanizmi ilə izah edirlər. Onların fikrincə, insanlar həyatlarının ilk illərinə aid düşündüklərindən daha çox hadisəni yaddaşlarında saxlayırlar.

 

Araşdırma uşaq və böyüklərdə yaddaşın inkişafına həsr olunmuş 20 ildən artıq davam edən elmi müşahidələrin nəticəsidir. Tədqiqat zamanı məlum olub ki, iştirakçıların ilk xatirələri onların düşündüklərindən daha erkən dövrə aid olur və bəzi hallarda bu məlumat valideynlərin xatirələri ilə də təsdiqlənib.

 

Mütəxəssislər bildirirlər ki, erkən uşaqlıq dövründə təhlükəsiz və qayğıkeş mühitin yaradılması beynin və yaddaşın sağlam inkişafı üçün böyük əhəmiyyət daşıyır. Uşaqlarla ünsiyyət, oyun və müsbət emosional təcrübələr yaddaşın formalaşmasına müsbət təsir göstərir. Həmçinin sağlam qidalanma, kifayət qədər yuxu və aktiv həyat tərzi beyin funksiyalarının uzunmüddətli qorunmasına kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır