35 yaşdan yuxarı insanlar daha çox sanatoriyalara üz tutur
06.07.2026 09:45

 

Son tədqiatalara əsasən sanatoriyalara müraciət edənlərin yaşı nəzərəçarpacaq dərəcədə cavanlaşıb. Artıq bu sağlamlıq müəssisələrinə daha çox 35 yaşdan yuxarı şəxslər, eləcə də azyaşlı uşaqları olan ailələr üz tutur.

 

Aztibb.az "Point" nəşrinə istinadən yazır ki, bu barədə kurort və sanatoriyalar üzrə ekspertlər açıqlamasında bildirirlər.

 

Bu tendensiyanın əsas səbəblərindən biri sağlam həyat tərzinə marağın artması, digəri isə ciddi sağlamlıq problemləri yaranmadan əvvəl orqanizmi bərpa etmək istəyidir. Gənc və orta yaşlı insanlar sanatoriyanı artıq yalnız xroniki xəstəliklərin müalicə olunduğu yer kimi deyil, həm də fiziki və psixoloji cəhətdən yenilənmək, istirahət etmək və stressdən uzaqlaşmaq üçün məkan kimi qiymətləndirirlər.

 

Ekspertlər qeyd edir ki, son illərdə bəzi xəstəliklər cavanlaşıb. Oturaq həyat tərzi, uzunmüddətli kompüter qarşısında işləmək, qeyri-sağlam qidalanma və hərəkətsizlik səbəbindən qastrit, dəri xəstəlikləri və oynaq problemləri artıq 35–40 yaşlı insanlarda da tez-tez müşahidə olunur.

 

Hazırda sanatoriyalarda ən çox tələb olunan xidmətlərdən biri antistress proqramlarıdır.

 

Mütəxəssislər bildirirlər ki, uzun müddət oturaq işləmək onurğa sütunu və oynaq problemləri, artıq çəki, ürək-damar xəstəlikləri, yuxu pozğunluğu və xroniki stress riskini artırır. Bu səbəbdən yalnız sanatoriya müalicəsi deyil, gündəlik həyatda da hər 30–60 dəqiqədən bir qısa hərəkət fasilələri vermək, müntəzəm fiziki aktivliklə məşğul olmaq, balanslı qidalanmaq və keyfiyyətli yuxu rejimini qorumaq sağlamlığın saxlanılmasında mühüm rol oynayır. Sanatoriya proqramları isə bu tədbirləri tamamlayan bərpaedici vasitə kimi faydalı ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır