Araşdırma: İki yaşınadək uşaqlar ekranlardan tam uzaq tutulmalıdır
05.07.2026 13:40

 

Yeni elmi araşdırmaya görə, iki yaşdan kiçik uşaqların televizor, mobil telefon və planşet kimi ekranlı cihazlardan istifadə etməsi onların fiziki, psixi və nitq inkişafına uzunmüddətli mənfi təsir göstərə bilər.

 

Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri "Euronews" tərəfindən dərc olunub.

 

Mütəxəssislər müəyyən ediblər ki, iki yaşadək uşaqlar arasında rəqəmsal media vasitələrindən istifadə dünyada geniş yayılıb. Bununla yanaşı, erkən yaşlarda ekranlarla təmasın inkişaf prosesinə potensial zərər verdiyi bildirilir.

 

Araşdırmaya əsasən, ekran qarşısında keçirilən vaxt uşağın valideynləri və digər ailə üzvləri ilə emosional əlaqə qurmasına, həmyaşıdları ilə oyun oynamasına mane olur, nitq bacarıqlarının formalaşmasını ləngidir və sinir sistemində həddindən artıq oyanmaya səbəb ola bilər.

 

Böyük Britaniyanın Lids Universitetinin baş müəllimi Reyf Kleyton bildirib ki, iki yaşadək uşaqların ekranlardan istifadəsi qlobal problemə çevrilib və 2026-cı ildə də bu məsələ kifayət qədər effektiv həll olunmur.

 

Onun sözlərinə görə, həyatın ilk iki ili uşağın fiziki və psixi sağlamlığının əsaslarının formalaşdığı ən vacib dövrdür. Buna görə də ekranlardan erkən istifadə bütöv bir nəslin gələcək həyat keyfiyyətinə təsir göstərə bilər.

 

Araşdırma Lids Universiteti, Leeds Trinity Universiteti, Aston Universiteti və Lafboro Universitetinin alimləri tərəfindən aparılıb. Tədqiqatçılar iki yaşınadək uşaqlar üçün ekranlardan məqsədli və müntəzəm istifadənin tamamilə aradan qaldırılmasını tövsiyə edirlər.

 

Alimlər hesab edirlər ki, iki yaşdan kiçik uşaqların valideynlərlə birlikdə ekranlardan istifadə etməsini təşviq edən və ya ekran texnologiyalarının "hər yaş üçün uyğun" olduğunu bildirən tövsiyələr yenidən nəzərdən keçirilməlidir.

 

Lafboro Universitetinin asılılıq davranışları üzrə eksperti Riçard Ceyms qeyd edib ki, əldə olunan nəticələr valideynlərə, səhiyyə mütəxəssislərinə və qərar qəbul edən şəxslərə uşaqlarda texnologiyadan sağlam istifadə vərdişlərinin formalaşdırılması üçün yeni tövsiyələrin hazırlanmasına kömək edə bilər.

 

Onun sözlərinə görə, dəqiq və vahid tövsiyələrin olmaması səbəbindən bir çox valideyn bilmədən körpələri erkən yaşlardan ekran cihazlarına alışdırır və bu da gələcəkdə qeyri-sağlam rəqəmsal vərdişlərin yaranmasına zəmin yaradır.

 

Pediatrlar vurğulayırlar ki, həyatın ilk iki ilində uşağın beyni çox sürətlə inkişaf edir və bu dövrdə canlı ünsiyyət, oyun, kitab oxuma, musiqi dinləmə və fiziki fəaliyyət onun inkişafı üçün ekranlardan qat-qat faydalıdır. Mütəxəssislər valideynlərə körpələrin diqqətini sakitləşdirmək və ya əyləndirmək üçün telefon və planşetdən istifadə etmək əvəzinə, onlarla daha çox ünsiyyət qurmağı, birgə oyun oynamağı və yaşına uyğun inkişafetdirici fəaliyyətlərə üstünlük verməyi tövsiyə edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır