Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimlərinin klinik hadisəsi beynəlxalq elmi jurnalda dərc olunub  
01.07.2026 15:11
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimlərinin müəllifi olduqları nadir klinik hadisə nüfuzlu beynəlxalq Pubmed indeksli "Cureus" elmi jurnalında dərc olunub.
 
Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.
 
“Yüksək riskli trayektoriyaya baxmayaraq neyrovaskulyar zədələnmə olmadan dizaltı çuxurun penetrasiyaedici odlu silah travması: Qeyri-adi klinik hadisə” (Penetrating Ballistic Trauma to the Popliteal Fossa Without Neurovascular Injury Despite High-Risk Trajectory: An Unusual Case Report) adlı məqalədə dizaltı çuxur nahiyəsinin odlu silah yaralanması ilə bağlı nadir klinik hadisə təqdim edilib.
 
Məqalədə anatomik baxımdan yüksək riskli hesab edilən dizaltı çuxur nahiyəsinə nüfuz edən odlu silah yaralanmasına baxmayaraq, xəstədə əsas damar və sinir strukturlarının zədələnmədiyi qeyri-adi klinik hal təsvir olunur. Xəstəyə vaxtında cərrahi müdaxilə olunaraq yaranın cərrahi işlənməsi və güllənin xaric edilməsi uğurla həyata keçirilib. Əməliyyatdan sonrakı müayinələr nəticəsində damar, sinir, bağ və oynaq strukturlarının tam sağlam olduğu müəyyən edilib.
 
Klinik hadisənin müəllifləri Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimləri Qurban Babayev, Elçin Orucov və Hüseyn Əliyevdir.
 
Dərc olunan məqalədə vurğulanır ki, dizaltı çuxur nahiyəsinin odlu silah yaralanmaları zamanı damar zədələnməsinin aşkar əlamətləri müşahidə olunmasa belə, hərtərəfli klinik qiymətləndirmə və vaxtında cərrahi müdaxilə xəstənin uğurlu müalicəsində həlledici rol oynayır.
 
Beynəlxalq elmi jurnalda dərc olunan bu klinik hadisə Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimlərinin elmi-tədqiqat fəaliyyətinin və mürəkkəb travmaların müalicəsi sahəsində qazandıqları uğurların növbəti göstəricisidir.
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
 Quba RMX-da 0–3 aylıq körpələrin planlı profilaktik müayinələri həyata keçirilir   
Hamilə pasiyent üzərində laparoskopik öd kisəsi əməliyyatı uğurla icra olunub
 Kolonoskopiyadan qorxmağa dəyərmi?   
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
İİV infeksiyası ilə mübarizədə yeni yanaşmalar müzakirə olunub