Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
16.08.2026 14:27

Kardiologiya İnstitutunda müəssisənin könüllüləri ilə interaktiv görüş keçirilib.

 

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, əsas məqsəd könüllülərlə birbaşa fikir mübadiləsi aparmaq, onların təklif və təşəbbüslərini dinləmək, eləcə də gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmək olub.

 

Görüşdə institutun direktoru, professor Gülnaz Dadaşova, direktor müalicə işlər üzrə müavini Afiyəddin İsgəndərov və könüllülər iştirak ediblər.


Söhbət zamanı könüllülər institutun fəaliyyətinin daha da inkişaf etdirilməsi, gənclərin proseslərə cəlb olunması və müxtəlif istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsi ilə bağlı öz ideya və təkliflərini səsləndiriblər. Rəhbərlik tərəfindən irəli sürülən fikirlər və könüllülərin təklifləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Professor Gülnaz Dadaşova çıxışında könüllülərin fəallığının və təşəbbüskarlığının əhəmiyyətini vurğulayaraq bildirib.

 

Görüş zamanı könüllülərin qarşıdakı dövrdə həyata keçiriləcək layihələrdə daha fəal iştirakı, yeni təşəbbüslərin hazırlanması və İnstitutla könüllülər arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.

 

Səmimi və açıq fikir mübadiləsi şəraitində keçən görüş qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, yeni ideyaların formalaşdırılması və gələcək fəaliyyət üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır