İctimai səhiyyədən tibbi turizmə, innovasiyaya və səhiyyə siyasətinə uzanan yol
03.08.2026 15:20

Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə ixtisasında təhsil aldığım müddətdə nəzəri biliklərlə yanaşı, onları praktik fəaliyyətlə birləşdirməyə çalışdım. 

Tələbə olduğum illərdə tibbi turizm sahəsində fəaliyyət göstərən bir şirkətin həmtəsisçisi və direktoru kimi çalışaraq, Azərbaycanla digər ölkələr arasında səhiyyə xidmətlərinin təşkili, beynəlxalq əməkdaşlıqların qurulması və pasiyentlərin tibbi xidmətlərə çıxışının koordinasiyası istiqamətində işlər gördüm. Bu təcrübə mənə göstərdi ki, ictimai səhiyyə yalnız xəstəliklərin profilaktikası deyil, eyni zamanda səhiyyə sistemlərinin idarə olunması, beynəlxalq səhiyyə əməkdaşlığı və səhiyyə xidmətlərinin effektiv təşkilini də əhatə edən geniş bir sahədir. 

İctimai səhiyyə sahəsində əldə etdiyim bilik və təcrübə sayəsində təhsilimi dövlət siyasəti istiqamətində davam etdirmək imkanı qazandım. Bu çərçivədə ABŞ-ın Çikaqo Universiteti Harris İctimai Siyasət Məktəbinin “Master of Public Policy” (MPP) proqramına 2 il üçün ümumilikdə 70.000 ABŞ dolları təqaüdlə qəbul aldım. Eyni zamanda Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin “MSc in Public Policy and Administration” proqramına da qəbul qazandım. Hər iki proqramda maraq göstərdiyim əsas istiqamətlərdən biri “Səhiyyə siyasəti” olub. 
Hazırda fəaliyyətimi daha çox rəqəmsal səhiyyə, səhiyyə siyasəti, qidalanma və səhiyyədə innovasiya istiqamətlərində inkişaf etdirirəm. Bununla yanaşı, şəxsi sosial media səhifəmdə ictimai səhiyyə ilə bağlı maarifləndirici məzmunlar hazırlayır, bu ixtisası seçmək istəyən gənclərə onun imkanları, karyera perspektivləri və inkişaf yolları haqqında məlumat verməyə çalışıram. 

İctimai səhiyyə geniş perspektivlər təqdim edən bir ixtisasdır. Bu sahə məzunları səhiyyənin idarə olunması, səhiyyə siyasəti, beynəlxalq təşkilatlar, tibbi turizm, rəqəmsal səhiyyə, qidalanma, tədqiqat və digər istiqamətlərdə uğurla fəaliyyət göstərə bilərlər. 

Ümid edirəm ki, mənim təhsil və peşə yolum ictimai səhiyyə ixtisasını seçməyi düşünən gənclər üçün bu sahənin təqdim etdiyi geniş imkanları göstərən bir nümunə olacaq.

 

Fatimə Nuriyeva, ATU-nun İctimai səhiyyə fakültəsinin məzunu

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib