Azərbaycan tibb elminin beynəlxalq uğuru: Regmatogen retinal qopmanın cərrahi müalicəsində yeni elmi nəticələr
21.08.2026 14:21

Azərbaycan Tibb Universitetinin (ATU) daha bir əməkdaşının aktual elmi araşdırması yüksək impakt faktorlu, “Web of Science” bazasında Q1 kvartilində yer alan beynəlxalq elmi jurnalda dərc olunub. 

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, ATU-nun Oftalmologiya kafedrasının dosenti, tibb elmləri doktoru Tural Qəlbinur və həmkarları regmatogen retinal qopmanın cərrahi müalicəsində istifadə olunan qaz və silikon yağı tamponadalarının nəticələrini müqayisəli şəkildə araşdırıblar. Bu araşdırmanın nəticələri T.Qəlbinurun “Regmatogen retinal qopmanın cərrahi müalicəsində qaz və silikon yağı tamponadalarının görmə nəticələrinə təsirinin müqayisəsi” adlı elmi məqaləsində əks olunub. 

 

Tədqiqatın nəticələri göstərib ki, qaz tamponadasının tətbiqi daha yaxşı görmə nəticələri və göz daxili təzyiqin daha az yüksəlməsi ilə əlaqəlidir. Silikon yağı tamponadasının isə əsasən daha mürəkkəb retinal qopma hallarında tətbiq edildiyi müəyyən olunub. 

 

Aparılan araşdırma regmatogen retinal qopmanın cərrahi müalicəsində tamponada seçiminin xəstənin klinik vəziyyətinə uyğun fərdiləşdirilməsinin əhəmiyyətini bir daha ortaya qoyur. 

 

Məqalənin “Web of Science” bazasında Q1 kvartilində yer alan və yüksək impakt faktora malik beynəlxalq elmi jurnalda nəşr olunması Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının beynəlxalq elmi arenadakı mövqeyinin və tədqiqat fəaliyyətinin mühüm göstəricilərindən biridir.

 

Həmçinin tədqiqat BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü məqsəd – “Yaxşı sağlamlıq və rifah” ilə birbaşa əlaqəlidir. Regmatogen retinal qopmanın cərrahi müalicəsində müxtəlif tamponada üsullarının nəticələrinin müqayisəsi xəstələr üçün daha təhlükəsiz, effektiv və fərdiləşdirilmiş müalicə strategiyalarının formalaşdırılmasına töhfə verir. Eyni zamanda, əldə olunan elmi nəticələrin beynəlxalq səviyyədə yayımlanması 4-cü məqsəd – “Keyfiyyətli təhsil” çərçivəsində elmi biliklərin inkişafı, tədqiqat potensialının gücləndirilməsi və qabaqcıl tibbi təcrübələrin akademik mühitdə paylaşılmasını dəstəkləyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır