Tədris Cərrahiyyə Klinikasında yeni oftalmoloji dərs vəsaitinin təqdimatı keçirilib
30.06.2026 14:52

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, tibb üzrə elmlər doktoru Yazgül Abdiyevanın müəllifi olduğu “Konyunktivitlərin Klinikası, Differensial Diaqnostikası və Müalicəsində Müasir Yanaşma” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

 

Klinikadan Aztibb.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri professor Paşa Qəlbinur, kafedra əməkdaşları, rezidentlər və oftalmologiya sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

 

Kitabın elmi rəyçiləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Elmar Qasımov və Ə. Əliyeva adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Oftalmologiya” kafedrasının professoru, tibb elmləri doktoru Nigar Qurbanova olublar.

 

Təqdimat zamanı nəşrin əsas məqsədi, konyunktivitlərin müasir klinik yanaşmalar əsasında diaqnostikası və müalicəsinə dair elmi-praktik biliklərin sistemləşdirilməsi, tələbələr, rezidentlər və həkim-oftalmoloqlar üçün faydalı mənbənin yaradılması olduğu vurğulanıb. Tədbir çərçivəsində kitab iştirakçılara hədiyyə olunub, geniş müzakirələr və sual-cavab sessiyası keçirilib.

 

Aysel Qəlbinur, Hafiz Qəhrəmanov, Aybəniz Abdullayeva, Vəfa Nəsirova, Rəhman Allahverdiyev, Solmaz Əliyeva və digər həmkarlar yeni nəşr münasibətilə müəllifi təbrik edərək öz fikirlərini bölüşüblər.

 

Yazgül Abdiyeva çıxışında bildirib: “Bu dərs vəsaitinin əsas məqsədi konyunktivitlərin müasir klinik yanaşmalar əsasında diaqnostikası və müalicəsi ilə bağlı elmi-praktik bilikləri sistemləşdirərək tələbələrə, rezidentlərə və həkim-oftalmoloqlara faydalı mənbə təqdim etməkdir. Tədbirin keçirilməsi üçün şərait yaratdığına və elmi müzakirələrə verdiyi dəstəyə görə professor Paşa Qəlbinura və bütün həmkarlarıma təşəkkür edirəm.”

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
 RDM-də icbari tibbi sığorta çərçivəsində müxtəlif diaqnostik və cərrahi xidmətlər həyata keçirilir   
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib