Azərbaycanlı alimlərin nadir xərçəng halı ilə bağlı araşdırması beynəlxalq jurnalda
23.06.2026 09:22

Bu günlərdə Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin İdarə Heyətinin sədri, onkoloq Altay Əliyevin rəhbərlik etdiyi azərbaycanlı araşdırma qrupunun hazırladıqları “Mədənin işarəli halqa hüceyrəli karsinomasında leptomeningeal metastazlar: klinik hal və ədəbiyyat icmalı” başlıqlı məqalə dünyanın ən nüfuzlu akademik nəşriyyat evi “Springer” nəşriyyatının “Mədə-bağırsaq xərçəngi” jurnalında (Journal of Gastrointestinal Cancer) çap olunub.

Aztibb.az xəbər verir ki, araşdırmalara görə, ölkəmiz dünyada mədə xərçənginin yüksək yayılma qurşağı (Gastric Cancer Belt) kimi tanınan coğrafi bölgədə yerləşir. Qlobal Xərçəng Rəsədxanası tərəfindən təqdim edilən son statistik məlumatlar göstərir ki, Azərbaycanda mədə xərçəngi rastgəlmə tezliyinə görə üçüncü, xərçəngə bağlı ölüm hallarına görə, isə ikinci yerdə qərarlaşır.

Leptomeningeal metastazlı mədə xərçəngi dünya tibb ədəbiyyatında olduqca nadir rast gəlinən klinik hal kimi təsvir olunur. Xəstəlik bu günədək əsas etibarilə ayrı-ayrı klinik hal bildirişləri şəklində təqdim edilib.

Tədqiqat qrupunun rəhbəri onkoloq Altay Əliyevin verdiyi məlumata görə, elmi məqalə qırx üç yaşlı kişi xəstədə izlənilmiş və müalicə olunmuş, sonradan nadir rast gəlinən izolə leptomeningeal metastaz ilə proqressiya göstərən klinik haldan bəhs edir. “Mədə xərçənginin ölkəmizdə yüksək yayılma tezliyi və xüsusilə gənc yaşlarda daha aqressiv klinik gediş nümayiş etdirməsi erkən diaqnostika, maarifləndirmə və risk faktorlarının vaxtında müəyyən edilməsinin nə qədər vacib olduğunu bir daha göstərir” – deyə o, diqqətə çatdırıb.

Qeyd edək ki, bu məqaləni işıqlandıran yüksək impakt faktorlu Mədə-bağırsaq xərçəngi jurnalı “Scopus” bazasına daxildir və beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub