ATU əməkdaşlarının xarici alimlərlə birgə aparılan tədqiqat işləri “Scopus” və “Web of Science” bazalarında yer alıb  
21.06.2026 11:55

ATU əməkdaşlarının həm yerli, həm də xarici ölkələrin alimləri ilə birgə yerinə yetirdikləri tədqiqat işlərinin nəticələri “Scopus” və “Web of Science” bazalarında indekslənən “BioNanoScience”, “Veterinary Medicine International”, “Frontiers in Chemistry” adlı jurnallarda çap olunub.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, universitetin Sitologiya, embriologiya və histologiya kafedrası və Elmi Araşdırmalar Mərkəzinin Elektron Mikroskopiya şöbəsində ölkənin müxtəlif ərazilərindən əldə olunan termofil bakteriyalara stress şəraitində Fe₃O₄ nanohissəciklərinin biomineralizasiyası, sahib orqanizminə ciddi zərər verən parazit qurdlara qarşı dəmir nanohissəciklərinin antihelmint xüsusiyyətləri, nano-silikon hissəcikləri və çoxqatlı karbon nanoboruları ilə doldurulmuş yüksək təsirli polistirol nanokompozitlərinin struktur xüsusiyyətlərinin araşdırılması ilə elmi işlər aparılıb.

 

Yüksək impakt faktorlu jurnallarda dərc edilən məqalələrin hər üçündə ATU-dan prof. Eldar Qasımov və dosent Fuad Rzayev, ayrı-ayrı məqalələrdə isə R.Allahverdiyev, M.Babayeva, T.Huseynova, S.Allahverdiyeva, S.İsrafilova, N.Quliyeva, M.Seyidbəyli həmmüəllif olublar.    

 

Sözügedən tədqiqatlarda ATU ilə yanaşı, həm yerli (BDU, Canlı Sistemlərin Tədqiqi İnstitutu, Sumqayıt Dövlət Universiteti, Fizika İnstitutu), həm də xarici universitetlərin (Kent Dövlət Universiteti (ABŞ), Ege Universiteti (Türkiyə), Tokat Gaziosmanpaşa Universiteti (Türkiyə), Nüvə Fizikası Milli İnstitutu (Italiya), Loya Texniki Universitet (Ekvador), Mianvali Universiteti (Pakistan), Kral Səud Universiteti (Səudiyyə Ərabistanı), Yeungnam Universiteti (Koreya Respublikası)) görkəmli alimləri də iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub