Alimlər gec şam yeməyinin arıqlamağa niyə mane olduğunu açıqlayıblar
04.07.2026 16:53

ABŞ alimləri müəyyən ediblər ki, saat 20:00-dan sonra şam yeməyi artıq çəki riskini artıran amillərdən biri ola bilər.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, araşdırmaya görə, bunun səbəbi təkcə axşam saatlarında fiziki aktivliyin azalması deyil, həm də orqanizmin daxili bioloji saatı ilə əlaqədardır.

 

Tədqiqatda artıq çəkidən əziyyət çəkən 16 könüllü iştirak edib. İştirakçılar günəş işığı, fiziki aktivlik və adi yuxu rejimi kimi xarici amillərdən təcrid olunublar. Onlara hər altı saatdan bir eyni tərkibli qidalar verilib.

 

Nəticələr göstərib ki, qidanın termogen effekti, yəni orqanizmin qidanı həzm etmək üçün sərf etdiyi enerji sutkalıq bioloji ritmlərdən asılıdır. Səhər saatlarında bu göstərici ən yüksək səviyyədə olub, axşama doğru isə 44 faiz azalıb. Hətta istirahət vəziyyətində yandırılan kalorilər nəzərə alındıqdan sonra belə fərq təxminən 29 faiz təşkil edib.

 

Alimlərin qənaətinə görə, eyni qida səhər saatlarında qəbul edildikdə orqanizm tərəfindən axşam yeməyinə nisbətən daha səmərəli mənimsənilir. Tədqiqat müəllifləri hesab edirlər ki, bu nəticələr piylənmənin mexanizmlərinin daha yaxşı başa düşülməsinə və daha effektiv qidalanma strategiyalarının hazırlanmasına kömək edə bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır