Nature Human Behavior: Yoxsulluq və aşağı təhsil bioloji qocalmanı sürətləndirir
23.06.2026 11:20

 

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, əsas göstəriciləri yoxsulluq və aşağı təhsil səviyyəsi olan zəif sosial-iqtisadi status bioloji qocalmanın sürətlənməsi ilə birbaşa əlaqəlidir. Alimlərin fikrincə, bu tendensiya hələ uşaqlıq dövründən özünü göstərməyə başlayır.

 

Aztibb.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Human Behaviour" jurnalında dərc olunub.

 

Maks Plank İnstitutunun alimlərinin birgə apardığı tədqiqat çərçivəsində 23 ölkədən 0–86 yaş aralığında təxminən 66 min insanı əhatə edən 140 elmi işin nəticələri təhlil edilib.

 

Tədqiqat zamanı qocalma sürəti epigenetik saatlar vasitəsilə qiymətləndirilib. Bu metod DNT-də baş verən molekulyar dəyişiklikləri analiz edərək orqanizmin bioloji yaşını onun təqvim yaşı ilə müqayisə etməyə imkan verir.

 

Mütəxəssislərin sözlərinə görə, bioloji qocalması ləng gedən insanlar yaşlarından daha gənc görünür və özlərini daha gümrah hiss edirlər. Əksinə, bioloji qocalması sürətlənən şəxslərdə yaşla əlaqəli xəstəliklər gözləniləndən daha erkən ortaya çıxır.

 

Araşdırma göstərib ki, aztəminatlı ailələrdə böyüyən uşaqların bioloji yaşı maddi vəziyyəti daha yaxşı olan həmyaşıdları ilə müqayisədə daha yüksəkdir. Eyni qanunauyğunluq böyüklər arasında da müşahidə olunur.

 

Alimlər vurğulayırlar ki, yoxsulluq və digər mənfi sosial amillər bir-birinin təsirini gücləndirərək orqanizmin qocalma prosesini sürətləndirir. Müasir və təkmilləşdirilmiş epigenetik saatlar bu əlaqəni aydın şəkildə ortaya qoyur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır