Alimlər canlıların gözlərini yummadan yuxunun faydalarından yararlanmasının mümkünlüyünü araşdırıblar  
14.06.2026 09:37

ABŞ neyrobioloqları insan və ya digər canlıların gözlərini yummadan, yəni tam oyaq vəziyyətdə yuxunun faydalarından yararlanmasının mümkünlüyünü araşdırıblar.

 

Aztibb.az-ın www.newscientist.com-a istinadla xəbərinə görə, gəmiricilər üzərində aparılan eksperimentlər göstərib ki, oyaq siçanların baş beyninin qabıq nahiyəsində neyron aktivliyinin dövri olaraq "yandırılıb-söndürülməsi" ləng yuxu fazasına bənzər effektlər yaradır. Ən diqqətçəkən məqam isə bu metodun heyvanların yaddaşını əhəmiyyətli dərəcədə yaxşılaşdırması olub. Alimlər yaxın gələcəkdə analoji sınaqları insanlar üzərində də təkrarlamağı planlaşdırırlar.

 

Məlumdur ki, yuxu orqanizmə sadəcə fiziki dincəlmək üçün deyil, həm də beyin fəaliyyətinin bərpası, yaddaşın möhkəmlənməsi və sinaptik yenidənqurma üçün lazımdır. Gün ərzində insan yeni məlumatlar öyrənərkən neyronlar arasında informasiyanı saxlayan yeni sinapslar (təmas nöqtələri) yaranır və mövcud əlaqələr güclənir. Lakin bu proses neyron şəbəkəsinin həddindən artıq yüklənməsinə səbəb ola bilər.

 

Məhz yuxu zamanı beyin aktiv iş rejiminə keçərək bu şəbəkəni "təmizləyir" və lazımsız rabitələri zəiflədərək vacib xatirələri effektiv şəkildə qoruyur. Elmdə buna "sinaptik homeostaz fərziyyəsi" deyilir. Amerikalı tədqiqatçıların kəşf etdiyi yeni metod isə gələcəkdə insanlara tam oyaq ikən beynin bu kritik funksiyalarını yerinə yetirməyə və yaddaşı dincəlmədən belə təzələməyə imkan verə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır