İlk dəfə insanın qaraciyər hüceyrələri “cavanlaşdırılıb”
13.06.2026 11:10

Amerikalı biotexnoloqlar insanın canlı qaraciyər hüceyrələrinin qocalma prosesini geri çevirməyə nail olduqlarını bildiriblər. Söhbət siçan və ya sintetik hüceyrələrdən deyil, məhz insan hüceyrələrindən gedir. Bu nəticədən sonra şirkət 435 milyon dollar investisiya cəlb edib və klinik sınaqlara hazırlaşır.

 

Aztibb.az-ın www.inc.com-a istinadla xəbərinə görə, “NewLimit” startapının hazırladığı texnologiya epigenetik yenidən proqramlaşdırma metoduna əsaslanır. Orqanizmdəki bütün hüceyrələr eyni gen dəstinə malik olsa da, onların fəaliyyəti fərqlidir. Məsələn, dəri hüceyrələri bir funksiyanı yerinə yetirir, beyin neyronları isə tamamilə başqa vəzifələr daşıyır. Bu prosesi epigenetika tənzimləyir. DNT üzərində yerləşən xüsusi kimyəvi nişanlar sistemi həmin anda hansı genlərin fəaliyyət göstərməli olduğunu müəyyənləşdirir, lakin genetik kodun özünü dəyişmir.

 

Yaş artdıqca bu sistemdə pozuntular yaranır, markerlər qarışır və genlər düzgün işləməməyə başlayır. Nəticədə hüceyrələr bərpa olunmaq qabiliyyətini tədricən itirir və zəifləyir. Orqanların qocalmasının əsas səbəblərindən biri də budur.

 

Alimlərin ideyası bu mexanizmi yenidən gənc dövrə xas vəziyyətə qaytarmaqdan ibarət olub. Əvvəllər buna bənzər nəticələr əsasən gəmiricilər üzərində əldə edilirdi. “NewLimit” mütəxəssisləri isə bunu insanın yaşlı qaraciyər hüceyrələrində təkrarlamağa nail olublar. Prosedurdan sonra hüceyrələr əsas funksiyalarını tam bərpa edib, yenidən yağları səmərəli şəkildə parçalamağa və toksinləri zərərsizləşdirməyə başlayıblar.

Bu zülalların orqanizmə mRNT terapiyası vasitəsilə çatdırılması planlaşdırıllır. Bu texnologiya hüceyrələrə lazım olan zülalların hazırlanması üçün müvəqqəti “təlimat” ötürür. mRNT molekulları lipid nanohissəciklər adlanan kiçik yağ qabarcıqlarına yerləşdirilir. Koronavirusa qarşı bəzi tanınmış vaksinlərin hazırlanmasında da eyni texnoloji platformadan istifadə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır