Altı il əvvəlki uğursuz əməliyyatdan sonra yeni cərrahi müdaxilə
26.05.2026 11:49
Tədris Cərrahiyyyə Klinikasında altı il əvvəl uğursuz sünnət əməliyyatı nəticəsində cinsiyyət üzvünün baş hissəsini itirən uşaq üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub. Əməliyyatı klinikanın uşaq cərrahı, dosent Vüqar Məhəmmədov həyata keçirib.
Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) uşaq cərrahlığı kafedrasının dosenti V. Məhəmmədovun sözlərinə görə, uşaq uzun illər sidik ifrazında ağrı və çətinlikdən əziyyət çəkib. Daha əvvəl aparılan cərrahi müdaxilə isə nəticəsiz qalıb. Müayinələr zamanı cinsiyyət üzvünün baş hissəsinin tam olmadığı müəyyən edilib və rekonstruktiv əməliyyata qərar verilib.
Əməliyyat zamanı uşağın dodağının selikli qişasından götürülən toxuma cinsiyyət üzvünün kavernoz cisimləri üzərinə köçürülüb. Həkim bildirib ki, məhz selikli qişanın elastikliyi, yüksək uyğunlaşma qabiliyyəti və kosmetik baxımdan daha təbii nəticə verməsi bu üsulun seçilməsinə səbəb olub.
Hazırda uşağın sidik ifrazının tam normal olduğu, cinsiyyət üzvündə əyriliyin müşahidə edilmədiyi və gələcəkdə funksional problem gözlənilmədiyi qeyd olunub. Həkim əlavə edib ki, bu tip əməliyyatlarda qreftin “tutmaması” kimi risklər mövcud olsa da, əməliyyat uğurla nəticələnib və əlavə fəsad qeydə alınmayıb.
Vüqar Məhəmmədovun sözlərinə görə, son illərdə bu tip uroloji rekonstruksiyalarda dəri əvəzinə daha çox dodaq və yanağın selikli qişasından istifadə olunur. Bunun əsas səbəbi dəridə tük follikullarının gələcəkdə sidik ifrazı ilə bağlı problemlər yaratma ehtimalıdır.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

